Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sabiq deputat ölümlə hədələndi

 

 

     Sabiq deputata “qadın koloniyasından” mesaj göndərilib; Vəkil Əfsər Talıbov: “Müvəkkilimə qadınlar üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisəsindən ciddi mesaj göndərilib - “bura gəlsən, özünü ölmüş bil, - məzmunlu”; Gülər xanım sarsılıb...

 

     "xeberinfo.com": Sabiq deputat, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Gülər Əhmədovanın həyatına təhlükə var. Bu barədə açıqlamasında sabiq deputatın vəkili Əfsər Talıbov məlumat verdi. Onun sözlərinə görə,  müvəkkili ilə görüşmək üçün Bakı İstintaq Təcridxanasında olub və G.Əhmədovanın əhvalının, eləcə də səhhətinin pis olduğunu görüb. Müsahibimiz sabiq deputatdan bunun səbəbini soruşanda məlum olub ki, ona ciddi təhdid mesajları gəlib: 
“Müvəkkilim Gülər Əhmədovaya qadınlar üçün nəzərdə tutulmuş cəzaçəkmə müəssisəsindən ciddi mesaj göndərilib. Həmin mesajda bildirilir ki, ”bu həbsxanaya gəlsən, səni öldürəcəyik, özünü ölmüş bil". Gülər xanım da bu xəbərdən çox sarsılmışdı. Onsuz da ürək ağrıları var idi, bu mesajdan sonra ürəyindəki ağrılar daha da artıb. Əsəbləri də gərginləşmişdi".
     Məlumata görə, qadın məhbusların ona bu mesajı göndərməsinə səbəb G.Əhmədovanın iqtidar mənsubu olmasıdır. Vəkil xatırlatdı ki, 16 il deputat olmuş, iqtidarın təbliğatçılarından biri kimi fəaliyyət göstərən G.Əhmədovanın bu cür hədəf seçilməsi təsadüf deyil: “Gülər xanım iqtidara qulluq edən adam olub. İndi də onu dəstəkləyir. Şəxsi fikrim belədir ki, həmin qadınların çox hissəsi iqtidarı istəməyənlərdir”.
 
     Ə.Talıbov bu mesajın kimlər vasitəsilə G.Əhmədovaya çatdırılması barədə məlumatsız olduğunu dedi. Bu təhlükə haqqında müvafiq orqanlara müraciət edib-etməyəcəyi sualına gəlincə, Ə.Talıbov bunu müvəkkili ilə müzakirə edəcəyini dedi. “Hazırda Gülər Əhmədovanın Bakı İstintaq Təcridxanasından köçürülməsi realdırmı”sualına cavabda isə Ə.Talıbov dedi ki, apelyasiya məhkəməsi yekunlaşıb, qərar da qüvvəyə minən kimi köçürülmə real görünür. Bu barədə isə artıq Qadın Koloniyasına məlumatlı olduqları üçün ona belə bir ciddi mesaj göndəriblər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam