Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Qondarma erməni soyqırımına "ağlayan" Fransa – Makron törətdikləri qətliamları "unudur" -ŞƏRH

 

Fransa prezidenti Emmanuel Makron qondarma erməni soyqırımının sözdə növbəti ildönümündə erməni dilində paylaşım edib. Ənənəsinə sadiq qalaraq 110 il əvvəl baş verən hadisələri yenə də “soyqırımı” kimi qeyd edib.

Yenixeber.org: "110 il əvvəl erməni soyqırımı başladı. Bu gün, 24 aprel, Milli Anım Günündə bütün qurbanları xatırlayaq və onların xatirəsini yaşadaq. Bəşəriyyət adından, həqiqət və ədalət naminə fəaliyyətimizi davam etdirək", - deyə Makron “X”də yazıb.

Belə götürəndə o, qeyri-adi, təəccüblü nəsə deməyib. Ölkəsinin rəsmi ənənəsinə sadiq qalıb. Erməni lobbisinin ciddi təsiri altında olan Yelisey sarayı bu günə qədər qondarma erməni soyqırımının tanınması ilə bağlı çoxsaylı qətnamə və qərarlar qəbul edib. Hətta bunu inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması barədə qanunun qəbuluna da nail olub.

Lakin Makronun bu dəfə etdiyi müraciət əvvəlkilərdən fərqlənib. Məsələn, keçənilki müraciətində Osmanlı Türkiyəsini sərt tənqid etmişdi. “Qırğınların, deportasiyaların və təqiblərin qurbanlarının xatirəsini qoruyaq. Unutmayaq. Fransızlar və ermənilər əbədi olaraq bağlıdırlar", - Makron öz “X” hesabında yazmışdı. Bu bəyanatı isə Türkiyədə ciddi narazılıq doğurmuş, Makrona sərt cavab verilmişdi.

Məsələnin digər tərəfi də var. Necə olur ki, Fransa rəhbərliyi Osmanlı Türkiyəsində 110 il baş verənləri “soyqırımı” adlandırmağa tələsir, amma ölkəsinin keçmiş müstəmləkələrdə törətdiklərinə toxunmur. Bu ölkə tarixin üzünə dik baxsa, orada qondarma erməni soyqırımını yox, özünün törətdiyi əsl soyqırımları görəcək. Terroru və soyqırımı əsrlər boyu dövlət siyasəti kimi qəbul edən Fransanın Əlcəzairdə törətdikləri ölkənin üz qarasıdır. Əlcəzair dəfələrlə Fransanı ölkəsində milyondan artıq insanı qətlə yetirməkdə ittiham edib. Parisin üzr istəmə tələb olunsa da, qulaqardına vurulub.

 

Fransa “unudur” ki, məhz özü yüz illər ərzində etnik təmizləmə, soyqırımılara yol verib. Təkcə Əlcəzairdə 130 il yüzlərlə müsəlmanın qanını tökərək adını dünya tarixinin ən qəddar dövlətləri sırasına yazdırıb. 1830-1962-ci illəri əhatə edən Əlcəzair işğalı dövründə 1,5 milyondan artıq insan qətlə yetirilib. Əlcəzair "1,5 milyon şəhid ölkəsi" adlandırılır.

Fransa zülmünə qarşı üsyan edən mücahidlərin kəllə sümükləri hərbi qənimət kimi bu gün də Parisdəki Təbiət və İnsan Muzeyində nümayiş etdirilir. Fransada müstəmləkəçi yanaşmanın hakim olduğunu göstərən faktlar minlərlədir. Dünyanın digər bölgələrinə də bu prizmadan yanaşan Fransa özünün təsir zonalarını, nüfuz dairələrini müəyyənləşdirir. Bundan əlavə, Əlcəzairin Reggan və İn Ecker adlanan ərazilərində Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilmişdir ki, onlardan 11-i yeraltı sınaqlar olub.

Bütövlükdə, 10 milyona yaxın əlcəzairlinin Fransanın müstəmləkəçilik dövrünün qurbanı olması, öz azadlığını tələb edən əlcəzairlilərə qarşı kütləvi qətliamlar, çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər törətməsi gerçək tarixdir.

Fransa isə ermənilərin olmayan uydurma tarixi içərisində eşələnib, gah Türkiyəyə, gah da Azərbaycana qarşı yalanlarla süslənmiş siyasət yürüdür. 1961-ci ilin oktyabrında Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxan onminlərlə əlcəzairlini atəşə tutan, etirazçıları Sena çayına atan, nəticədə 1500-ə qədər əlcəzairlini qətlə yetirən Fransa polisi idi.

Fransanın soyqırımı aktları tək Əlcəzairlə kifayətlənmir - Burkino-Faso, Benin kimi ölkələrdə də kifayət qədər qəddarlıqlar, qırğınlar törədilib.

 

Ən acınacaqlısı odur ki, bu dövlət törətdiyi soyqırımları və insanlıq əleyhinə cinayətlərə görə heç bir üzrxahlıq etməyib. Azərbaycan dəfələrlə Fransanı buna görə qınayıb. Məsələn, üç il əvvəl Əlcəzairə səfəri zamanı Prezident İlham Əliyev Fransanın soyqırımı törətdiyi bir ölkənin paytaxtında tarixi həqiqətləri bəyan etdi:

“Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”.

Onu da qeyd etmək vacibdir ki, Prezident İlham Əliyev məhz 1 noyabr 2022-ci ildə - İnqilab Günündə Əlcəzairə səfər edib.

Dövlət başçısının əlcəzairli həmkarı Abdelmacid Tebbuna ölkənin milli bayramı münasibətilə ünvanladığı təbrik məktubunda isə deyib ki, 1954-cü ilin 1 noyabr günü qardaş Əlcəzair xalqının tarixinə qəhrəmanlıq səhifəsi kimi əbədi olaraq həkk olunub, müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilib.

Göründüyü kimi, tarixi soyqırımılardan ibarət Fransa törətdiklərini etiraf edib üzr istəmək əvəzinə, digər ölkələri haqsız yerə ittiham edir. Yelisey sarayı “öz gözündə tiri görmədən başqasının gözündə çöp axtarmaq” prinsipi ilə hərəkət edir.(Report)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam