Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Qarabağ münaqişəsini Obama həll etməlidir”

 

  “ABŞ-dakı Erməni Milli Konqresi kimi erməni diaspor təşkilatları  özlərini zərər çəkmiş qurban kimi, Azərbaycanı isə təcavüzkar bir ölkə kimi qələmə verən kampaniyalar həyata keçirdiyi üçün  BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi yerinə yetirilmir”.

"Xeberinfo.com": APA-nın “Vestnik Kavkaza” saytına istinadən xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

ATƏT Minsk Qrupunun bu qətnamələrin həyata keçirilməsini sürətləndirmədiyini qeyd edən ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri İraq və Liviya məsələləri ilə əlaqədar BMT TŞ-nin qəbul etdiyi qətnamələrin yalnız BMT-nin deyil, həm də ABŞ və Fransanın təşəbbüskarı olduğuna diqqət çəkib.

ABŞ-ın münaqişə zonasından hərbi qüvvələrin çəkilməsi və ya qətnamələrin həyata keçirilməsində israr etmədiyini deyən M.Brayza ölkəsinin Dağlıq Qarabağ probleminin Minsk Qrupu çərçivəsində həll olunacağını gözlədiyini vurğulayıb. O, konfliktin həllinə kömək üçün aparılan danışıqlarda ABŞ prezidenti Barak Obama və dövlət katibi Con Kerrinin şəxsən iştirak etməli olduğunu düşündüyünü bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam