Redaktor seçimi
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Günün xəbəri

BMT-nin ali tədbirinə hörmətsiz yanaşan Avrokomissiya - Ursula fon der Lyayenin məntiqsizliyi -ŞƏRH

 

Azərbaycan bir neçə gün sonra BMT-nin ən ali tədbirlərindən birinə ev sahibliyi edəcək. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəf dövlətlərinin 50 prezidenti, 10 vitse-prezidenti, 20 hökumət başçısı və iki vəliəhd şahzadəsi noyabrın 12-dən 13-dək COP29 çərçivəsində Bakıda keçiriləcək Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinə qatılacaq.

Yenixeber.org: Bu tarixlərdə dövlət və ya hökumət başçıları milli bəyanatlarla çıxış etməyən tərəflər 19-20 noyabr tarixlərində keçiriləcək yüksək səviyyəli bərpa olunmuş seqmentdə bunu edə biləcəklər. Əvvəldən də bildirilirdi ki, sammitdə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və digərlərinin çıxışları gözlənilir. Lakin son anda məlum olur ki, xanım Lyayen sammitdə iştirakdan imtina edib. Onun sammitə bir neçə gün qalmış belə bir addım atmasına səbəb nədir?

Əvvəla, Ursula fon der Lyayen COP29-a qatılmayacağını bəyan etməklə bir daha göstərdi ki, beynəlxalq ictimai rəy, qlobal problemlər, iqlim dəyişikliyi kimi bütün bəşəriyyətə fəlakət gətirə biləcək bir məsələ nə onu, nə də rəhbərlik etdiyi qurumu narahat edir.

İkincisi, dünya planeti ən çox çirkləndirən Avropa İttifaqından yeni iqlim maliyyəsi gözlədiyi halda Avropa Komissiyasının prezidenti BMT-nin bununla bağlı ali tədbirinə qatılmır. Bununla da Azərbaycana deyil, tədbirin rəhbəri Birləşmiş Millətlər Təşkilatına hörmətsizlik nümayiş etdirir. Görünür, Aİ məsuliyyətdən yayınmaq, kobud desək, qaçmaq üçün COP-da iştirak etmək istəmir.

 

Digər bir məsələ ondan ibarətdir ki, Avropa, daha dəqiq ifadə etsək, Avropa İttifaqı hər zaman proseslərə ikili standartlardan yanaşıb. Məsələn, həmin bu xanımın 2023-cü ildə Avropa üçün Rusiya ilə əlaqəli olmayan mənbələrdən alternativ qaz mənbələri yaratmaq məsələsi kəskinləşəndə ölkəmizə səfər etdiyini yada salaq. O zaman Lyayen Bakıya gəldi və Azərbaycanla Aİ arasında enerji sahəsində strateji tərəfdaşlıq barədə bəyannamə imzalamağa nail oldu. Azərbaycan Avropanın qaz təminatını iki dəfə artırmaq kimi hədəf götürdü. Enerji təhlükəsizliyi Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığında da əsas amillərdən biridir. Belə ki, Azərbaycan xarici siyasətində Avropa ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir.

Çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi Azərbaycan-Avropa İttifaqı əlaqələrinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Azərbaycanın həm Avropa İttifaqı, həm də bu quruma üzv dövlətlərlə əlaqələri yüksələn xətlə inkişaf edir. Bu, dövlət başçısının Avropa ölkələrinə, həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərində də özünün aydın ifadəsini tapır.

 

Prezident İlham Əliyevin İtaliyadan öncə Böyük Britaniya, Almaniya və digər Avropa ölkələrinə səfərləri çərçivəsində əlaqələrimizin dünəninə baxış əsasında perspektivlər müzakirə edilib, əlaqələrin yeni istiqamətləri müəyyənləşdirilib. Azərbaycan Avropa İttifaqına üzv dövlətlərin 9-u ilə Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb.

Onu da qeyd edək ki, 2022-ci ildə Bakıda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen və dövlət başçısı İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar. Bu, ölkəmizin enerji resurslarının daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addım idi. Dövlət başçısı İlham Əliyev sözügedən Anlaşma Memorandumunu gələcək fəaliyyətimizin “yol xəritəsi” adlandırıb.

İndi isə fərqli vəziyyət görürük. Avropa və şəxsən Ursula fon der Lyayen BMT-nin ali tədbirinə gəlməkdən imtina edir. Bu tədbirdə dünyanın taleyi üçün mühüm qərarların qəbul ediləcəyi gözlənildiyi halda xanım Lyayen gələ bilmədiyini açıqlayır. Heç şübhəsiz ki, Azərbaycana qərəzli münasibət var və bunun da başında Fransa dayanır.

Lyayenin özünün fəaliyyətində də qaranlıq məqamlar olduğunu qeyd etsək, yerinə düşər. Belə ki, onun korrupsioner olması barədə çoxsaylı faktlar yayılıb. İddiaya görə, Lyayen Avropa Komissiyasında kiçik və orta sahibkarlıq üzrə səfir vəzifəsini yaradıb. Ümumiyyətlə isə Aİ heç bir nəzarət və tarazlıq sistemi olmayan, külli miqdarda pulu mənimsəyən və nəhəng səlahiyyətlərə malik dərin korrupsioner sistem kimi qəbul edilir.

 

Ursula fon der Lyayenin Azərbaycanla bağlı qərəzi Ermənistan-Azərbaycan münasibətlərində də özünü göstərib. Onun NATO-nu Cənubi Qafqaza daxil etmək istəyənlərdən biri olduğunu yada salmaq kifayətdir.

Qeyd edək ki, adı korrupsiya və rüşvət qalmaqallarında hallanan Avropa Parlamenti bundan əvvəl Azərbaycan əleyhinə qətnamə qəbul etmişdi. Qətnamədə Ursula fon der Lyayendən COP29-u Azərbaycana beynəlxalq öhdəliklərini xatırlatmaq üçün fürsət kimi istifadə etməyə çağırış əks olunub. Deputatlar qətnamədə həm Azərbaycan, həm də Ermənistanın suverenliyi və ərazi bütövlüyünə, 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması prinsipləri əsasında onların münasibətlərinin normallaşmasına dəstəklərini təsdiq etsələr də, ardınca qərəzli mövqe ortaya qoyublar. Qəbul edilən qətnamədə anti-Azərbaycan ritorika, Ermənistana açıq dəstək nümayiş olunur. Məsələn, Qərb sanksiyalarından yan keçən İrəvana "gözün üstə qaşın var" deyən olmayıb. Lyayenin onların qərəzli və ikili standartlardan irəli gələn qərarlarına susması isə elə həmin şəxslərlə həmrəy olmasından xəbər verir.

Beləliklə, xanım Lyayenin timsalında növbəti dəfə anti-Azərbaycan mövqenin - qərəz və riyakarlığın şahidi oluruq. Onun bu addımı Azərbaycana deyil, bütövlükdə BMT-yə hörmətsizlikdir. Ümid etmək olar ki, təşkilat da bununla bağlı narazılığını ifadə edəcək.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam