Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

MSK sədri facebookda yayılan videoları araşdıra bilməyib

“Azərbaycanda seçki ilə bağlı proseslər günün tələblərinə uyğundur. Keçirilən seçkiləri dünyanın inkişafı etmiş ölkələrində keçirilən seçkilərlə müqayisə etmək olar”.

Xeberinfo.com:   Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

M.Pənahov qeyd edib ki, dünyanın bütün ölkələrində seçkilərin keçirilməsində qüsurlar olur: “Azərbaycanda Seçki Məcəlləsi beynəlxalq standartlara uyğun hazırlanıb. Azərbaycanda keçirilən seçkilərə bir sıra beynəlxalq qurumlar tərəfindən müsbət rəy verilib. Keçirilən seçkiləri dünya ölkələrindən olan müşahidəçilər izləyirlər. Amma nədənsə bu prosesi görmək istəməyənlər də meydana çıxır”.

O bildirib ki, seçki məntəqələrində veb-kameralar quraşdırılıb, bu addım şəffaflığı təmin etmək üçün edilib: “Azərbaycanda siyasi mövqe ortaya qoyan güc olsaydı, onlar çalışardılar ki, nəticəyə təsir etsinlər. Sosial şəbəkələrdə yayılan və dəqiq ünvanı göstərilməyən videoları, bunun hansı məntəqələrdə baş verdiyini araşdıra bilmədik. Çünki ünvan yoxdur. Bu o deməkdir ki, kimlərsə başqa maraqlar güdürlər. Elə videogörüntülər vardı ki, orada heç dairənin adı da göstərilmirdi".

M.Pənahov əlavə edib ki, Azərbaycan ictimaiyyəti ölkənin gələcəyinə biganə deyil. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam