Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

Donbasdakı müharibə Krasnodara çatdı -Moskva aqressivləşir, Putin əmr verdi

Kreml lideri Kiyevin cəzalandırılmasını tələb edib, Ukrayna isə sərhədlərindən uzaq ərazilərdə neftbazaları, limanları bombalayır; analitiklərə görə, Rusiyanın hərbi kəşfiyyatı “kor” edilib - təhlil

Yenixeber.org: Rusiya Prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə müdaxiləsinə cavab verməklə bağlı qərar qəbul edib. Kiyevi ağır cəza gözləyir. Bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

“Mən qəti əminəm ki, Kursk vilayətində baş verənlərə görə hamı ciddi şəkildə cəzalandırılacaq. Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətini işğal etməsinə necə cavab verəcəyi ilə bağlı artıq qərar verib”, - Antonov bildirib. Rusiyanın Kursk vilayətinin 130 mindən çox sakini yaşadıqları yeri tərk edib. Kursk vilayətinin qubernator səlahiyyətlərini icra edən Aleksey Smirnov Ukrayna ilə sərhəd regionlarda vəziyyətə dair müşavirədə bildirib. Putin müşavirədə Kursk, Belqorod və Bryansk vilayətlərindəki vəziyyətlə bağlı məruzələri dinləyib.

Ukrayna ordusu isə Kurskla məhdudlaşmır, Rostov vilayətinin Proletarsk qəsəbəsindəki neft bazasına növbəti dəfə hücum edib. Ukrayna Silahlı Qüvvələri Krasnodar diyarındakı “Qafqaz” limanında yanacaq çənlərinin yerləşdiyi dəmiryol bərəsinə də raket zərbəsi endirib. Məlumata görə, hücum zamanı Krıma yanacaq daşıyan “Konro Treyder” bərəsi batıb. Bərədə üzərində yanacaqla dolu 30 sternin olduğu deyilir.

Rusiya işğalçı qüvvələrinin Donetsk vilayətinin Pokrovsk şəhəri istiqamətində irəliləyişi isə davam edir. ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) son hesabatına görə, Rusiya qoşunlarının irəliləməsi Ukrayna Silahlı Qüvvələrini öz əvvəlki mövqelərindən şəhərin cənub-şərqinə doğru çəkilməyə məcbur edib. Rusiya bu ərazidə Ukrayna qüvvələrinin taktiki mühasirəsini həyata keçirməyə cəhd edib. İnstitutun məlumatına görə, avqustun 22-də yayılan geolokasiya görüntüləri göstərir ki, ruslar bu yaxınlarda Ptiçyeni (Pokrovskdan cənub-şərqdə) tutub və daha da cənuba doğru irəliləyiblər. Bu, Rusiyanın əvvəllər həmin ərazidə Karlovskoye su anbarının şərq sahilinin qalan hissəsini tutması barədə iddialarını təsdiqləyir. İşğalçıların T-0511 magistral yolundan (Oçeretino-Qrodovka) cənuba və cənub-qərbə doğru irəliləməsi Ukrayna qüvvələrinin mühasirəyə alınmasına şərait yaradırdı.

Lakin Ukrayna birləşmələri buradan geri çəkilməklə, mövqelərini Pokrovskdan şərq və cənub-şərqdə dəyişərək, cəbhə xəttini düz xətt üzrə müəyyənləşdirib. Bundan əvvəl son həftələr ərzində Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri E-50 magistralı istiqamətində (Donetsk - Pokrovsk) demək olar ki, rus qoşunlarının mühasirəsinə düşüblər. Taktiki mühasirə təhlükəsi ukraynalıları geri çəkilməyə sövq edib. Bu istiqamətdə fəaliyyət göstərən Ukrayna briqadasının nümayəndəsi etiraf edib ki, cəbhəni düzəltmək və şəxsi heyətin həyatını xilas etmək üçün geri çəkilməyə məcbur olublar. Bununla belə, amerikalı müşahidəçilərə görə, Ukrayna Silahlı Qüvvələrinin xaotik şəkildə çıxarılması ilə bağlı heç bir hal müşahidə etməyib. Analitiklərin fikrincə, cəbhənin bu sektoru boyunca işğalçıların sürətli taktiki uğurlarının olmaması onu deməyə əsas verir ki, Ukrayna Silahlı Qüvvələri son həftələrdə mühasirəyə alınmış mövqelərindən çıxa bilib.

Ukrayna-Rusiya savaşının coğrafiyasının Şərqi Avropaya doğru genişlənə biləcəyi haqda savaşın ilk günlərindən danışılsa da, hazırda əks proses gedir. Savaş Rusiyanın içərilərinə doğru genişlənir. Kurskdan sonra Ukrayna artıq Krasnodarı da vurmağa başlayır. Ukraynanın Rusiyanın Krasnodar vilayətində yerləşən “Qafqaz” limanını raketlə vurması nəticəsində azı 20 nəfər itkin düşüb, onların çoxu sağ tapılsa da, bir neçə nəfərin taleyindən xəbər yoxdur. Raket hücumu zamanı zədələnən gəmidə 30 yanacaq çəni olub. Bu arada Rusiya Prezidenti Vladimir Putin deyib ki, Ukrayna Kursk AES-ə zərbə endirməyə cəhd edib. Bunu Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə sərhəd regionlarda vəziyyətə dair müşavirədə bildirib. O, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Ukraynanın Kursk atom elektrik stansiyasına zərbə endirmək cəhdləri barədə məlumatlandırıldığını və AEBA-nın mütəxəssislər göndərəcəyini vəd etdiyini söyləyib. Putin ümidvar olduğunu bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik stansiyadakı vəziyyəti qiymətləndirmək üçün mütəxəssislər göndərəcək.

Bu arada rusiyalı politoloqlar, bəzi rus saytları artıq nüvə silahı ilə cavab verməyə, Kiyevi tutmağa çağırışlar edirlər. Eyni zamanda, Rusiya hərbi dairələrinin böyük hücuma başlamasının zəruriliyi deyilir. Rusiya doğrudanmı çətin vəziyyətə düşüb? Türkiyənin terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağarın fikrincə, Ukrayna HHM sistemlərinə inteqrasiya edilmiş bir sıra elektron döyüş metodları ilə Rusiyanın hərbi kəşfiyyatının imkanlarını məhdudlaşdırdı, onu hətta kor etdi. Daha sonra kamikadze PUA-ları və s. vasitəsilə rus mövqelərini atəşə tutublar. Atəş eyni zamanda artilleriya ilə də davam etdirilib. Ardınca hər tərəfdən “döyülən” və nə baş verdiyini anlamayan, zəiflik göstərən rus qüvvələrinə qarşı qurudan hücum edilib və kiçik bir ərazi ələ keçirilib. Bənzər taktika davam etdirilib. Yəni “ildırımsürətli hərəkat” gedib. İndi isə rus ordusunun ələ keçirilən ərazilərdəki qalıqlarının mühasirəni yarması, eyni zamanda dəstəyin gəlməsini əngəlləmək üçün körpülər vurulur, Ukrayna ordusu özünə mövqe tutur.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET


Siyasi analitik Elxan Şahinoğlu isə hesab edir ki, Ukrayna ordusunun Rusiyaya müdaxiləsi Kiyevə üstünlük qazandırsa da, şərq cəbhəsində vəziyyət ağır olaraq qalır: “Ukrayna ordusunun Kursk istiqamətində irəliləməsi hələ ki, Donbasda mövcud vəziyyətin Kiyevin xeyrinə dəyişməsinə səbəb olmayıb. Əksinə, Rusiya ordusu bir neçə məntəqəni də işğal edib. Ukrayna ekspertləri arasında polemika dərinləşib. Bir qisim Ukrayna ordusunun Rusiya ərazisində irəliləməsini dəstəkləyərkən, digər qisim şərq cəbhəsinin gücləndirilməsi və ordunun Kursk istiqamətinə cəlb edilən elit hissələrinin işğal altındakı yaşayış məntəqələrini azad etməsi üçün Donbasda əks-həmlələr həyata keçirməsinin vacibliyini bildirirlər”.

Fuad Əliyev vəzifəsinin icrasını dayandırıb » Avrasiya.Net


Siyasi ekspert Fuad Əliyev Kiyevin Rusiya ərazilərində destabilizasiya yaratmaq cəhdlərini mövsümi diversiya aktı sayır. Onun proqnozuna görə, Rusiya tezliklə Ukrayna qoşunlarını sərhədlərindən çıxaracaq, amma hücumlar səngiməyəcək: “Ukrayna və onu müdafiə edən Qərb cəbhəsinin strategiyası müharibəni mümkün qədər Rusiyanın içərilərinə daşıya bilməkdir. Bunu Krasnodar, Rostov, hətta Həştərxana qədər dron hücumları ilə görmək olar. Ancaq rus ordusunun Donbasdakı əməliyyatlarına mənfi təsiri olmayıb. Əgər ruslar lokal nəticələr qazanırsa, xüsusən Donetskdə kənd-kənd əraziləri tutursa, deməli, Kurskda gedən döyüşlərə və ayrı-ayrı şəhərlərində neft bazalarına olan hücumlara baxmayaraq, Ukraynada hərbi əməliyyatları aparmaq iqtidarındadır”.

F.Əliyev Rusiyaya növbəti hücumların olacağını istisna etmir: “Ukraynaya elə gəlir ki, müharibə Rusiyanın dərinliklərinə təsir etdikcə, onlar da torpaqlarını geri qaytara biləcəklər. İndi görünür ki, mümkün deyil. Kurskda baş verənlər aldadıcı olmasın. Bu vilayətin kiçik bir hissəsi ələ keçirilib, Rusiya kimi ucsuz-bucaqsız ərazilərə malik ölkə üçün çox xırda itki sayılır. Düşünürəm ki, Rusiya Kurskun dinc əhalinin təxliyə edilmiş yerlərini bombalayacaq. Amma bütün hallarda müharibə hər iki tərəfin ərazisində davam edəcək. Kiyev vaxtaşırı dron zərbələrini endirməklə Rusiyanın diqqətini həm də içəriyə yönəldəcək”.(musavat)

Emil SALAMOĞLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam