Rusiyada hakimiyyət dəyişikliyi -Putinin ölümü, çevriliş, yoxsa hərbi məğlubiyyət?
Rusiyada hakimiyyət necə dəyişəcək və Putinin varisi kim olacaq?
Yenixeber.org: Rusiyada hakimiyyət Vladimir Putinin ölümü və ya xəstəliyi ilə bağlı dəyişəcək, onu elə indi baş nazir Mixail Mişustin əvəz edə bilər.
Bunu "Azadlıq Radiosu"nun "Sistema" tədqiqat sistemi tərəfindən keçirilən ekspert sorğusunun nəticələri göstərib. Məlumatı "svoboda.org" nəşri yayıb.
Rusiya, ABŞ və Avropadan olan 40-dan çox politoloq, sosioloq və siyasi jurnalist Rusiyada hakimiyyət dəyişikliyinin müxtəlif ssenari ehtimallarını dəyərləndirib və Putinin ən çox ehtimal edilən varislərini açıqlayıb.
Sorğunun nəticələri nə siyasi proqnoza, nə də sosioloji tədqiqata iddia etmir. Bu nəticələr yalnız sorğu edilən ekspertlərin Rusiya hakimiyyətinin gələcəyi ilə bağlı əhval-ruhiyyəsini əks etdirir.
Ekspertlərin əksəriyyəti Rusiyada hakimiyyət dəyişikliyinin yeganə mümkün variantı kimi Putinin ölümünü qeyd edib.
Ekspertlər siyasi təlatümlərə inanmır, cəmi beş nəfər inqilab və ya vətəndaş müharibəsini qeyd edib.
Saraydaxili və ya elitadaxili çevrilişin ehtimal edilən ssenarisi kimi 23 nəfər, bəziləri yeganə mümkün ssenarisi hesab edir.
Bəziləri hesab edir ki, Putinin hərbi məğlubiyyəti hakimiyyət dəyişikliyinə səbəb ola bilər.
Hakimiyyətin zorakı yolla dəyişilməsini, məsələn, kanadalı tarixçi Yan Qarner az ehtimal edir: "Kimsə bunu edərsə, tamamilə gözlənilməz bir şəxs ola bilər. Məsələn, bir il öncə kimin ağlına gələ bilərdi ki, Yevgeni Priqojin daxili hakimiyyətə qarşı güc nümayiş etdirəcək? Heç bir ekspert bunu öncədən deyə bilməz", - Qarner xatırladıb.
Bəziləri hesab edir ki, Putinin xəstəliyi onun hakimiyyətdən kənarlaşdırılmasına və ya "yumşaq" çevrilişə səbəb ola bilər.
Maraqlıdır ki, sorğu tərtib edilərkən ekspertlərdən heç biri "hakimiyyətin azad, rəqabətli seçkilər nəticəsində dəyişilməsi" variantını təklif etməyib. Jurnalist Andrey Zaxarov yazıb ki, "Rusiya nə zamansa azad ölkə olacaq".
Putinin sələfləri qismində baş nazir Mixail Mişustin, Putinin sabiq mühafizəçisi, hazırda köməkçisi olan Aleksey Dyumin və Moskva meri Sergey Sobyanın qeyd edilib.
Putinin öz varisi kimi qızı Yekaterina Tixonovanı, digər qızı Mariya Vorontsovanı təyin edəcəyini düşünənlər də var.
Nikolay Patruşevin, Mixail Xodorkovskinin, Ramzan Kadırovun adlarını çəkənlər də olub.(moderator)