Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Hakimiyyət islahat zamanını buraxıb”

“Bir ölkənin ki, təhlükəsizliyinə, kəşfiyyatına, əks-kəşfiyyatına cavabdeh olan bir struktur bu qədər cinayətə bulaşıbsa, korrupsiya, rüşvət, reketçilik, şantaj və s. kimi işlərlə məşğul olursa, sahibkarların əmlakını ələ keçirirsə, deməli bu sistemdə hər məsələni pulla həll etmək mümkündür”.

Xeberinfo.com:   Məlumata görə, bunları Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini, politoloq Sülhəddin Əkbər MTN-də baş verənlərə münasibət bildirərkən deyib. Ekspert bunları sistemin böhranı adlandırıb, ümumilikdə ölkənin korrupsiya və rüşvət bataqlığına düşməsi ilə əlaqələndirib. S.Əkbər Moderator.az saytına açıqlamasında daha sonra deyib:

“Bunun sərhəddi də, gömrüyü də belədir. Buna görə də, hər hansı bir terrorist təşkilat, yaxud xarici dövlətin xüsusi xidmət orqanı, kəşfiyyatı olsun, kimin ki, Azərbaycanda marağı var, rüşvət yolu ilə, yaxud bu şəxslərin cinayətlərini sənədləşdirib şantaj yolu ilə onların özünü işə cəlb edə bilər. Bununla da öz niyyətlərini gerçəkləşdirə bilərlər. Məsələ bu qədər sadədir. Hansı dövlət qurumu olmasından asılı olmayaraq, əgər ora rüşvət və korrupsiya düşürsə, bu, xərçəng xəstəliyi kimi onu yeyib bitirəcək. Bu gün Azərbaycanda xərçəngin dağılması prosesi gedir. Bu isə bütün orqanizmi zəhərləyir və onu ölümə sürükləyir. Düşünürəm ki, Azərbaycandakı mövcud rejim islahat zamanını buraxıbdır. Bu xəstəlik o qədər dərinə işləyib ki, onun müalicəsi mümkün deyil. Bu rejimin özünün-özünü sağalda biləcəyini düşünmürəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam