“Bir nəfərdən də rüşvət almasalar dünya dağılmaz ki…” –“Oqtay Əsədov da məsuliyyət daşıyır”
“Qarabağ Qazilərinə və Şəhid ailələrinə dövlət daim diqqət göstərməlidir. Onlara çox həssas yanaşılmalıdır. Çünki onların özləri də həssasdır, xırda bir haqsızlığa, ədalətsizliyə dözə bilmirlər. Bəzən buna çox sərt reaksiya verirlər. Bu onların haqlarıdır”.
Yenixeber.org: Bunları AMİP Siyasi Şurasının üzvü Əli Orucov ötən həftə Qarabağ qazisi Fuad Əkbərovun Abşeron Rayon İcra Hakimiyyətinin qoçu dəstələrinin fiziki təzyiqlərinə və qanunsuz tələblərinə etiraz edərək, öz evini yandırmasına münasibət bildirərkən deyib.
Ə.Orucov xatırladıb ki, dövlət bu kateqoriyadan olan soydaşlarımızın sosial və mənzil problemlərinin həllinə çalışır. Lakin hansısa bir məmurun məsuliyyətsizliyindən, acgözlüyündən dövlətin yürütdüyü siyasət zədələnir, kölgədə qalır. “Qazimiz Fuad Əkbərov nə qədər haqlıdır, yaxud onun atdığı addım adekvatdır, ya yox, buna toxunmadan onu deməliyəm ki, içərisində yaşayış olan evin sökülməsi qətiyyən olmaz. Bəlkə də baş verən hadisə zahirən məişət, adi sosial problem kimi görünsün, amma bu siyasi sistemin yarıtmaz olmasının bir daha təzahürüdür”.
Bu cür özbaşınalıqlar təkcə Abşeron rayonunda və indiki başçı İradə Gülməmmədovanın zamanında baş verməyib deyən, AMİP yetkilisi daha sonra bildirib: “Rüşvət və korrupsiya, qanunsuzluq bütün Azərbaycan reallığı üçün xarakterikdir. Və bu idarəçilikdən bütün ölkə əhalisi əziyyət çəkir, əzilir, məhrumiyyətlərə məcbur edilir. Konkret olaraq Abşeron rayonunda sabiq İcra başçısı Zakir Fərəcovun vaxtında da eyni qayda tətbiq edilirdi. Bu gerçəyi hamı bilir ki, rayon ərazisində tikinti aparmaq üçün kvadratmetri 50-150 manat arasında icra hakimiyyətinə qanunsuz pul ödəmək tələb olunur. Özü də bu pulu ya güya bələdiyyəyə ianə şəklində, ya da digər formalarda tələb edirlər. Bu cür ödəniş hər yerdə var. Bu “qayda-qanun”, “ənənə” təkcə Abşeron rayonunda deyil və bu qayda-qanunları da İradə Gülməmmədova qoymayıb. Abşeron rayonunu əhatə edən 45 saylı Abşeron Seçki Dairəsindən 84,2 faiz səslə deputat mandatı verilən Milli Məclisin sədri Oqtay Əsədovun da eyni məsuliyyəti var. Bir millət vəkili kimi bir dəfə də olsun rayon sakinlərinin, seçicilərin nə seçkidən əvvəl, nə də sonra görüşünə gəlməyib, onların səsini, problemlərini dinləməyib. Eyni zamanda rayon ərazisində fəaliyyət göstərən bələdiyyələrdə, müxalifətçi bələdiyyə üzvləri var, onlar da bu və ya digər səbəbdən rayondaki qanunsuzluqlara göz yumur. Bəzən də şərikli fəaliyyət göstərirlər”.
Ə.Orucov fikrincə, nə qədər ki, şəhid ailələrinə, müharibə qazilərinə haqsızlıq edənlər cəzalandırılmayıb, bu insanlara səlahiyyətli şəxslərin münasibəti dəyişməyib, cəmiyyətin özü bu kateqoriyadan olanlara sahib çıxa bilməyib, belə acınaqaclı, xoşagəlməz tendensiyalar davam edəcək. “Bir müddət əvvəl Türkiyənin Adana şəhərində bir avtobus sürücüsü şəhid anasına sayğısızlıq edərək, ondan haqsız yerə gediş haqqı ödəməsini istəmişdi. Bu hal sosial şəbəkələrdə yayıldıqdan dərhal sonra həmin sürücü həbs edildi. Barəsində çox qəribə bir cəza kəsildi: Hər gün polis idarəsinə gedib, Türkiyənin İstiqlal Marşının Şəhidlərlə bağlı bəndini ucadan oxuyaraq imza atmaq. Avtobus sürücüsünü bununla bir daha məcbur etdilər ki, Şəhidin kim olduğunu anlayıb, bir daha belə səhvlərə yol verməsin. Avtobus şirkətinin rəhbərliyi də cəzadan qurtara bilmədi. Türkiyənin Cəza Qanununuda Şəhidə, Qaziyə və onun ailəsinə qarşı sayğısızlıq edənlərə qarşı çox ağır cəza nəzərdə tutulub. Hələ sürücüyə qarşı məhkəmə çox adil davrandı, o, uzun müddətli həbs cəzası ala bilərdi. Baxın, ona görə də Türk Ordusu dünyanın 10 ən güclü ordusudur, dünya güclərindən biridir, bu dövlətlə hesablaşırlar. Bizdə isə təəssüflər olsun ki, Qazini küçənin ortasında basıb döyürlər, aşağılayırlar, haqlarına girirlər, onu özünə, ailəsinə, canına, malına-mülkinə qəsd etməyə təhrik edirlər. Bütün sistem, hakimiyyət qolları heç olmasa Şəhid ailəsinə, Qazilərimizə normal münasibət göstərib, onların vətəndaş hüquqlarını tanıyıb, qorumalıdırlar. Bir nəfərdən də rüşvət almasalar, dünya dağılmaz, kasıb düşməzlər ki? Belə neqativ yanaşmalar gənclərin hərbi-vətənpərvərlik ruhunda və milli-mənəvi dəyərlərlə böyüdülməsində pis nümunədir. Tutaq ki, icra başçısı İ.Gülməmmədova cəzalandırılıdı, hərgah bunun özü də inandırıcı deyil, belə haqsızlıqlara, qanunsuzluqlara son qoyulacaqmı? Bax bu sualın cavabını vermək çox çətindir”.