Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

SABİQ NAZİRDƏN NƏCMƏDDİN SADIKOVA SƏRT SÖZLƏR

 

“Bundan sonra hansı polis azğınlıq edən məmur övldının avtoxuliqanlığına və ya digər kobud davranışlarına reaksiya bildirər? Axı necə ola bilər ki, ölkə qanunları bu qədər ayaqlar altına atılsın?”

"Xeberinfo.com":  Məlumata görə, bunları Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyev, Silahlı Qüvvələrin Baş Qərargahının rəisi, general-polkovnik Nəcməddin Sadıkovun oğluna görə DYP əməkdaşının işdən çıxarılması məsələsinə münasibət bildirərkən deyib. Keçmiş nazir Moderator.az saytına açıqlamasında daha sonra Nəcməddin Sadıkovun özünü hədəfə götürüb:

“Nəcməddin Sadıkov vaxtilə mənim etibarımdan sui-istifadə edib, sürətlə hərbi vəzifələrə və rütbələrə yiyələndi, sonra gözü ayağının altını görmədi. Mənim vaxtımda polis qardaşlarımız Milli ordu hissələriylə birlikdə torpaqlarımızın müdafiəsi uğrunda kişi kimi, mərdi-mərdanə savaşırdılar, nə qədər şəhid oldu onlardan. Amma Nəcməddin kimi uğursuzlar bu gün də ölkənin ən strateji qurumunun başında dayanıb. Vaxtilə filtrsiz siqaret çəkən bir adam hansı xidmətlərinə görə bu gün ölkənin ən varlı oliqarxlarından birinə çevrildi? Axı bütün itirilmiş torpaqlarda onun birbaşa günahı var. Üstündən 23 il keçməsinə baxmayaraq bu adam hələ də bayrağını və paqonunu üzərində daşıdığı dövlətin rəsmi dilində – Azərbaycan dilində danışa bilmir.”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam