Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Gürcüstanda "xarici agentlər" qanunu və etirazlar -Proses nə yerdədir?

Gürcüstan parlamenti təhlükəsizliyin “sarı səviyyəsi”nin müddətini uzadıb.

Yenixeber.org xəbər verir ki, bu, xarici agentlər haqqında qanuna etirazlar fonunda həftənin əvvəlindən qüvvədədir.

Bir gün əvvəl layihə birinci oxunuşda qəbul edilib. Qanunun qəbul edilmiş sayılması üçün ümumilikdə üç oxunuş tələb olunur. Ötən ilin mart ayında da qanun layihəsi birinci oxunuşda qəbul edilmiş, lakin kütləvi etirazlar fonunda hakimiyyət onu gündəmdən çıxarmaq məcburiyyətində qalmışdı.

İkinci iclasda qanun layihəsi maddə-maddə müzakirə olunmalıdır və bu mərhələdə düzəlişlər edilə bilər. Parlamentin bu gün keçiriləcək iclasında gələcək plana aydınlıq gətiriləcək. Aksiya təşkilatçıları mitinqlərin vaxtını tənzimləmək üçün bunu gözləyirlər.

Dünən gecə saat 2-yə qədər davam edən mitinqdə toplaşanlar baş nazirlə görüş tələb ediblər. Gecə 2 nəfər saxlanılıb. Ən ciddi insidentlərdən biri deputat Aleko Elisaşvilinin polis tərəfindən zorla maşına mindirilərək mitinq yerindən naməlum istiqamətə aparılması olub. Deputat toxunulmazlığına görə onu həbs edə bilməyiblər.

Elisaşvili komitə iclasında xarici agentlərlə bağlı layihəni müzakirə edərkən hakim partiyanın liderlərindən birini vuran deputatdır. Bir neçə saat Elisaşvilinin başına nə gəldiyi naməlum qalıb. Yalnız gecə saat 2-də ictimai müdafiəçi deputatın yanında olduğunu açıqlayıb və daha sonra ətraflı məlumat verəcəyinə söz verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam