Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Paşinyan Azərbaycan və Türkiyədən nə istəyir? -ŞƏRH

Yenixeber.org: “Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə vermək Ermənistan Respublikasının prioritetidir və mən bu kontekstdə regiondakı infrastrukturun açılmasına önəm verirəm”. Bunu Yunanıstanın “Katimerini” nəşrinə müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Sülh qovşağı” layihəsi Ermənistan ərazisindən keçməklə Qara dənizlə Fars və Oman körfəzləri arasında avtomobil daşımaları, boru kəmərləri, elektrik xətləri və internet kabellərinin ötürmə qabiliyyətinin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutur. Çünki Gürcüstandan Ermənistana və İrana ən optimal dəmir yolu marşrutu Azərbaycanın Naxçıvan ərazisindən keçir və bu dəmir yolu hələ sovet illərində mövcud olub. Bu, “Sülh qovşağı”nın Şimal-Cənub marşrutudur”, – Ermənistanın baş naziri bildirib.

Onun sözlərinə görə, bundan əlavə Ermənistan ərazisindən keçməklə Xəzər dənizini Aralıq dənizi, eləcə də Qara dənizdəki Türkiyə limanları ilə birləşdirəcək Şərq-Qərb istiqaməti var. Bunun üçün dəmir və avtomobil yolları, boru kəmərləri, elektrik xətləri, kabellər Azərbaycandan Türkiyəyə Ermənistan ərazisindən keçərək çatmalıdır.

Biz belə qərarlara hazırıq. Üstəlik, bu yolun infrastrukturundan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə qurmaq üçün də istifadə oluna bilər. Bu, aşağıdakı şərtlərdə mümkündür:

– Bütün infrastruktur ərazisindən keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyası altında olmalıdır;

– Hər bir ölkə öz ərazisində öz dövlət qurumları vasitəsilə sərhəd və gömrük nəzarətini həyata keçirir, həmçinin təhlükəsizliyi təmin edir;

– Göstərilən infrastruktur həm beynəlxalq, həm də ölkədaxili daşımalarda istifadə oluna bilər;

– Bütün ölkələr bərabərlik və qarşılıqlılıq prinsipi əsasında bir-birinin infrastrukturundan istifadə edir”, – Paşinyan təklif edib.

Ermənistanın baş nazirinin bu təqdimatında hər şey kifayət qədər aydın və dəqiq görünür. Sual başqadır: Bakı İrəvanın bu şərtlərinə razılaşmağa hazırdırmı? Əgər hazırdırsa, bu niyə bu baş vermir? Əgər hazır deyilsə, ona nə mane olur?

Müstəqil analitik Rəşad Rzaquliyev mövzu ilə bağlı fikirlərini bizimlə bölüşüb.

Onun sözlərinə görə, ilk baxışdan ideya əladır. “Sanki Ermənistan siqnal verir ki, Bibliyadakı “qılıncları qınına qoymaq” ideyasına əməl etməyə və dinc yaradıcı həyata hazırdır. Bu, indiyə kimi yeganə əhəmiyyətli gəlir mənbəyi Rusiya Federasiyasının maraqlarının “forpostu” biznesi olan və regional hərbi-siyasi qarşıdurmadan divident qazanan ölkə üçün çox müsbət hadisədir”, – deyə politoloq qeyd edib.

Onun fikrincə, Ermənistanı multimodal dəhlizlər sisteminə inteqrasiya etmək cəhdi Paşinyan administrasiyasının qonşuları – Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etmək istiqamətində ilk mühüm addımıdır.

Lakin burada bu layihənin həyata keçirilməsinə mane ola biləcək bir sıra məqamlar yaranır.

Əvvəla, hazırda Ermənistanın siyasi iradəsini həyata keçirən şəxsin (Paşinya – red.) reputasiyası, onun fantaziya və avantüraya xəstəlik halını alan meyli, dəyişkənliyi və qeyri-sabitliyi dünya siyasi isteblişmentinə çoxdan məlumdur. Və yeri gəlmişkən, onlar bundan öz xeyirlərinə məharətlə istifadə edirlər.

İkincisi, Nikol Vovayeviç Ermənistanın bu layihə üçün nə maliyyə, nə də texnoloji resurslarının olmadığını yaxşı bildiyindən, sadəcə olaraq ölkəsini geosiyasi hərraclara çıxarmağa çalışır. “Sülh qovşağı” bir növ siyasi lotdur və onun fikrincə, qanuni yolla satıla bilər. Bu gün Ermənistanın “xoşbəxtliyi” barədə danışan ölkələrin coğrafiyasına baxın və özünüz hər şeyi başa düşəcəksiniz.

Üçüncüsü, Nikol Paşinyan administrasiyası əsas məsələ – metropoliyası olan Rusiya Federasiyasından və 2020-ci il 9 noyabr tarixli razılaşmalardan irəli gələn öhdəliklərdən ağrısız şəkildə necə xilas olacağına qərar verməyib.

Bəlkə də hər şey tezliklə aydınlaşacaq. Aprelin 5-də Nikol Paşinyan Brüsseldə ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə görüşəcək. Biz yaxın vaxtlarda Ermənistanın gələcəyinin proqnozunu və bu gələcəyi müəyyən edəcək alətləri – bunun fayda və ya məcburiyyət olduğunu biləcəyik”, – deyə Rzaquliyev yekunlaşdırıb.(Pressklub)

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam