Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Krokus”a hücumda sensasion izlər –Bakıya da mesaj var…

 

Terrorun arxasında ABŞ və Böyük Britaniyanın dayandığı haqda mülahizələr var. Rusiya Prezidenti Vladimir Putin ötən gün keçirdiyi iclasda buna eyham vurub.

Yenixeber.org xəbər verir ki, bu barədə əməkdar jurnalist Azər Ayxan “Krokus Siti Holl”da baş verən teraktla bağlı geniş şərhində bildirib.

O bildirib ki, Putin müşavirədə terroru radikal islamçıların törətdiyini deyil, onların əli ilə törədildiyini vurğulayıb:

“Putin deyir: “Biz onu da görürük ki, ABŞ müxtəlif kanallarla hamını inandırmağa çalışır ki, onların kəşfiyyat məlumatlarına görə, guya Moskva terrorunda Kiyev izi yoxdur. Dərhal sual yaranır: Bu hadisədən kimə fayda var? Bu, yalnız 2014-cü ildən Kiyev rejiminin əli ilə bizimlə döyüşənlər üçün faydalı ola bilər”.

O əlavə edib ki, nasistlər, məlum olduğu kimi, məqsədlərinə çatmaq üçün heç vaxt ən çirkli və qeyri-insani vasitələrdən istifadə etməkdən çəkinməyiblər.

Putin dünyaya mesaj verir ki, terrorun sifarişçilərini və təşkilatçılarından məlumatlıdır”.

A.Ayxan qeyd edib ki, Putin ilk gündən terror hücumunun arxasında bu və ya digər formada Ukraynanın dayandığı versiyasını ortaya atıb.

Onun fikrincə, “Krokus Siti Holl” teraktı ilə 2017-ci ilin yanvar ayının 1-də İstanbuldakı “Reina” gecə klubundakı qətlim arasında xeyli oxşarlıq var:

“Orda da qatil qarşısına çıxanı avtomat silahla taramışdı. İstanbuldakı terakt nəticəsində 39 insan öldürüldü, 70-dən çox adam yaralandı. 2016-cı ildən sonra Türkiyədə demək olar ki, terror baş vermədi. Çünki silahlı hücumlar Türkiyənin içindən, hakimiyyətin daxilindən – FETÖ tərəfindən koordinasiya edilirdi. Olmaya, Putinin də “FETÖ-su” var?”

Politoloq vurğulayıb ki, Moskva hücum İŞİD-in təkbaşına bacaracağı iş deyil:

“İŞİD burda sırf icraçı ola bilər. Necə ki, V.Putin bunu söylədi. Terrorun üstü açılsa, son 10 ildə baş verən əksər terror aksiyalarının haradan sanksiyalaşdırıldığı aydın olar. Ona görə “Krokus Siti Holl” teraktının təşkilatçıları, sifarişçiləri işlərini qarantiyaya alıblar – işi “hücrə sistemi” tətbiq etməklə görüblər.


Təşkilatçılar, sifarişçilər bir məqsədlərinə daha çatmağa çalışıblar – terroru müsəlmanların əli ilə törətməklə islamı, müsəlmanları qınağa, nifrətə tuş gətirmək istəyiblər. Məqsədlərinə müəyyən qədər çatıblar. 2001-ci ilin 11 sentyabr olaylarından sonra dünyada islama qarşı yaranmış qəzəb və qınağın növbəti dəfə qabarmasına çalışılıb.

Teraktın azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Krokus Siti Holl”da baş verməsi də təsadüfə oxşamır.

Əvvəla, Rusiya daxilində Azərbaycana qarşı olan qrupların fəallaşması müşahidə edilir. Teleaparıcı, jurnalist Vladimir Slovyov bu hadisədən sui-istifadə edərək Azərbaycana və azərbaycanlılara qarşı kampaniyaya başlayıb. Terror aktında Azərbaycan izini axtarmaq kimi axmaq bir həvəsə düşüb. Onun bu çirkin kampaniyasının arxasında erməni barmağının olduğu sirr deyil. Vladimir Slovyovun şər ortaqları erməni əsillilər – rusiyalı jurnalist Marqarita Simonyan və media maqnatı Aram Qabrielyanovla “işbirliyi” yaxşı məlumdur. Bu üçlük hər fürsətdə Azərbaycanı hədəf göstərir. Erməni mafiyası bununla Azərbaycan-Rusiya münasibətlərini zədələməyə çalışır.

İkincisi, beynəlxalq miqyasda bununla Azərbaycana da mesaj ötürülə bilər. Azərbaycanın Rusiya ilə normal siyasi-iqtisadi münasibətləri var. Rəsmi Bakı Moskva ilə əlaqələri və münasibətləri qaydasında tutur. Qərb isə Ermənistandan sonra Azərbaycandan da Rusiya ilə bağlı seçim etməyi istəyə bilər. Necə ki NATO baş katibinin regiona səfərində üç Qafqaz ölkəsindən bununla bağlı tələbdə bulunduğuna dair versiya səsləndirilir.

Terrorçuların “Krokus Siti Holl”un binasına Fransa istehsalı “Renault” (Reno) markalı avtomobillə gəlmələri də diqqətçəkən məqamdır. Bu təsadüfdürmü, yoxsa mesajdırmı? Yəqin, irəliləyən vaxtlarda bu və başqa məqamlar aydınlaşar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam