Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bakının “Kalininqrad modeli”:İrəvan “3-cü tərəf” istəyir?

Azərbaycan və Ermənistan təmsilçiləri sülh və ya çərçivə sazişinin mətni üzərində, o cümlədən sərhədin müəyyənləşməsi istiqamətində müəyyən qədər irəliləyiş əldə etsələr də, Zəngəzur dəhlizinin açılması və dəmir yolunun işə düşməsi mövzusunda irəliləyiş yoxdur.

Yenixeber.org: Bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin analizində əksini tapıb.

Təhlildə vurğulanıb ki, bu dəhliz bir çox dövlətin maraq dairəsindədir:

“Zəngəzur dəhlizi Çini Avropa ilə birləşdirəcək Orta dəhlizin tərkib hissəsi olmalıdır. Bu dəhlizin işə düşməsi Çin, Mərkəzi Asiya ölkələri, Azərbaycan, Türkiyə, eləcə də Ermənistan üçün faydalıdır. Bu yol Rusiyadan yan keçsə də, Rusiya Azərbaycan üzərindən Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə çıxış imkanı qazanacaq. Deməili, Zəngəzur dəhlizi Rusiya üçün də faydalıdır.

Zəngəzur dəhlizinin əleyhinə çıxan əsas dövlət İrandır. Çünki İranda yanlış olaraq hesab edirlər ki, Zəngəzur dəhlizi İranın Ermənistana çıxışının qarşısını alacaq. Halbuki dəhliz iki ölkə arasında giriş və çıxış imkanlarını bağlaya bilməz. Digər tərəfdən İranın özü də Azərbaycan üzərindən Zəngəzur dəhlizindən keçən dəmir yolundan sərnişin və yükdaşımalarda istifadə edə bilər”.

Analizdə xatırladılıb ki, Bakı ilə İrəvan arasında Zəngəzur dəhlizi ilə bağlı fərqli yanaşma ortadan qaldırılmayıb. Azərbaycan maneəsiz keçid tələb edərkən, Ermənistan dəhlizdə yoxlama həyata keçirmək istəyir:

“Azərbaycanın əsas arqumenti budur ki, Zəngəzur dəhlizi Azərbaycanın bir hissəsini digər hissəsi olan Naxçıvanla bağlayacaq və bu halda sərhəddə Azərbaycan vətəndaşlarının yoxlanılması düzgün deyil. İrəvan isə dəhlizin Ermənistan yurisdiksiyası altında fəaliyyət göstərməsini tələb edir.

     Yanaşmalarda bu fərq necə ortadan qaldırıla bilər?

Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel 2023-cü ilin iyul ayında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyandan görüşdən sonra mediaya belə bir açıqlama vermişdi: “Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqələrinin bərpası ilə bağlı mövqelər bir-birinə yaxınlaşır. AB bu istiqamətdə maliyyə töhfəsi verməyə hazırdır. Detalları biz hələ də aydınlaşdırmağa çalışırıq, ancaq bu mövzuda mövqelər bir-birinə yaxınlaşır və seçimlər fəal şəkildə öyrənilir. Tərəflər son iki ay ərzində regiondakı nəqliyyat və iqtisadi əlaqələrin açılması ilə bağlı aparılan müzakirələrdə aydın inkişaf əldə ediblər. Biz suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə hörmətlə yanaşacaq gələcək nəqliyyat tənzimləmələrinin üsullarını müzakirə etdik. Dəmir yolu əlaqələrinin inşası dərhal icra edilməlidir”.

Beləliklə, Brüssel də Azərbaycanla Ermənistan arasında dəmir yolu əlaqəsinin bərpasını istəyir. Şarl Mişel açıqlamasında bu məsələdə mövqelərin bir-birinə yaxılaşdığını bildirmişdi. Ancaq bu açıqlamadan ötən 8 ay ərzində heç nə dəyişməyib və mövqelərdə yaxınlaşma müşahidə olunmur. Rəsmi Bakının nümunə kimi irəli sürdüyü Kalininqrad modelini (Rusiyanın bir hissəsindən Baltik dənizi sahilindəki şəhərinə digər ölkənin ərazisindən 70 kilometrlik maneəsiz keçid) İrəvan müzakirə etmək istəmir.

Dəhlizin işləməsi üçün təklif edilən digər model sərhəd və gömrük yoxlamasını üçüncü tərəflərdən birinə həvalə etməkdir. Ermənistan bəri başdan Rusiya hərbçilərinin dəhlizdə yerləşməsinin əleyhinədir. Bəs “üçüncü tərəf” dedikdə hansı dövlət və ya beynəlxalq təşkilat nəzərdə tutula bilər? Misal üçün Azərbaycanın və Ermənistanın strateji tərəfdaşı olan Gürcüstan bu işin öhdəsindən gələ bilərmi? Və ya Ümumdünya Gömrük Təşkilatı sadələşdirilmiş keçid üçün tərəfləri razı salacaq model təklif edə bilərmi? Bu təşkilatın sadələşdirilmiş keçid modellərinin hazırlanmasında və tətbiqində təcrübəsi var.

Bütün hallarda bu mövzuda müzakirələrin davamına ehtiyac var. Azərbaycan Şərqi Zəngəzurda dəmir yolunun bərpasını sürətlə icra edir. Ermənistan tərəfdə isə heç bir iş görülmür. Azərbaycanın İranla razılaşması var və Araz çayının sahili ilə dəmir yolu inşa edilməlidir. Əslində bu amil Ermənistan hökumətini Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla razılaşmaya həvəsləndirməlidir. Çünki İrandan keçən marşrut qısa zamanda reallaşarsa və bu istiqamətdə sərnişin və yükdaşıma artarsa, Zəngəzur dəhlizinin əhəmiyyəti azalacaq.

Zəngəzur dəhlizindən yalnız Azərbaycan vətəndaşları Naxçıvana və Türkiyəyə keçid üçün istifadə etməyəcəklər. Ermənistan vətəndaşları da bu dəhlizdən keçən dəmir yolu vasitəsilə Rusiyaya gedə biləcəklər. Bu baxımdan Azərbaycan üzərindən Rusiyaya sadələşdirilmiş keçid Ermənistanın da maraqlarına cavab verir. Azərbaycanla Ermənistan arasında qısa zamanda sülh və ya çərçivə sazişi imzalanarsa, bu iki ölkə arasında digər, o cümlədən dəhliz mövzusunda danışıqları intensivləşdirməlidir.

Prezident İlham Əliyev “Qafqaz evi” modelini təklif edib. Dövlət başçısı 2023-cü ilin oktyabr ayında Tiflisdə rəsmi görüşləri zamanı rəsmi Bakının Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinin başlanılmasına hazır olduğunu vurğulamışdı. Azərbaycan Prezidentinin təklif etdiyi “Qafqaz evi” modeli reallaşarsa, Cənubi Qafqaz ölkələri arasında, AB ölkələri arasında olduğu kimi, sərhəddə xüsusi yoxlamalara ehtiyac qalmayacaq. Elə etmək lazımdır ki, həm Zəngəzur dəhlizi işə düşsün, həm də Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ittifaqlarda yer almasın. Ermənistan regional əməkdaşlığa cəlb olunarsa, müxtəlif ölkələrdəki mərkəzlərin Azərbaycana qarşı təbliğatının da effekti olmayacaq”.(Axar)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam