Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Qırmızı dənizdə böhran : ABŞ yenidən hücuma keçdi, İran isə...

 

Yəməndəki İran tərəfindən dəstəklənən husi qiyamçıları həftə ərzində ikinci dəfə Qırmızı dənizdə ABŞ-yə məxsus gəmiyə hücum edib.

Yenixeber.org xəbər verir ki, husilər ABŞ-nin "Genco Picardy" yük gəmisinə raketlərlə "birbaşa zərbə" vurduqlarını açıqlayıblar.

“Genco” gəmi operatoru hücumu təsdiqləyib və bildirib ki, gəmi Ədən körfəzi üzərindən fosfat daşı yükü ilə keçərkən hücuma məruz qalıb. Şirkət bildirib ki, ekipajda heç kim xəsarət almayıb, gəmiyə məhdud ziyan dəyib və hazırda kənara doğru hərəkət edir.

Bir neçə saat sonra ABŞ ordusu “bölgədəki ticarət gəmiləri və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün qaçılmaz təhlükə yaradan” husilərə məxsus 14 raket sisteminə zərbələr endirib. ABŞ Mərkəzi Komandanlığı "X" sosial media platformasında verdiyi açıqlamada husilərin raketlərinin bölgədəki ticarət gəmiləri və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün qaçılmaz təhlükə yaratdığını bildirib.

"Bu zərbələr, atdığımız digər tədbirlərlə birlikdə, husilərin Qırmızı dəniz, Bab-əl-Məndeb boğazı və Ədən körfəzində beynəlxalq və ticarət gəmiçiliyinə ehtiyatsız hücumlarını davam etdirmək imkanlarını aşağı salacaq", - açıqlamada bildirilir.

Husilərin nəzarətində olan "Səba" xəbər agentliyi ABŞ və İngiltərənin Yəməndə bir neçə bölgəni hədəf aldığını, qrupun sözçüsü isə hücumları davam etdirəcəyini bildirib.

"Dəniz qüvvələri Yəmənin müdafiəsi və məzlum Fələstin xalqını dəstəkləmək üçün qanuni hüquq çərçivəsində Qırmızı və Ərəb dənizindəki bütün təhlükə mənbələrini hədəfə almaqdan çəkinməyəcək", - sözçü Yəhya Sare deyib.

Bundan əvvəl qiyamçılar ABŞ-yə məxsus məxsus "Gibraltar Eagle" yük gəmisinə gəmi əleyhinə ballistik raketlə zərbə endirib. Xəsarət alanlar və ciddi dağıntılar barədə məlumat yoxdur.

Bayden administrasiyasının husilərin hücumlarına cavab olaraq qruplaşmanı "xüsusi təyin olunmuş qlobal terrorçular" siyahısına əlavə edib. ABŞ bununla hərəkatın gəmilərə hücum üçün istifadə etdiyi maliyyə və silahların qarşısını almaq istədiyini vurğulayıb.

Husilərin sözçüsü deyib ki, İsrailə gedən gəmilərə hücumlar davam edəcək və ABŞ-nin bu qərarı onların mövqeyinə təsir etməyəcək.

 

Ölkəsi HƏMAS-ı dəstəkləyən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib ki, gəmiçiliyə təhlükəsi aradan qaldırmaq üçün Qəzzada müharibəyə son qoyulmalıdır.

"Qırmızı dənizin təhlükəsizliyi Qəzzada baş verən hadisələrlə bağlıdır və İsrailin Qəzzada cinayətləri dayanmasa, hamı bundan əziyyət çəkəcək... Bütün (müqavimət) cəbhələri aktiv olaraq qalacaq", - o, Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib.

Qeyd edək ki, husilərin noyabr ayından bəri bölgədəki gəmilərə hücumları Asiya ilə Avropa arasında ticarəti yavaşladıb. Husilər HƏMAS-la həmrəylik nümayiş etdirdiklərini bildirir və Amerika və Britaniyanın Yəmənə zərbələrinə cavab olaraq ABŞ gəmilərini də əhatə edəcək şəkildə hücumları genişləndirəcəklərini deyirlər.Dünyanın ən böyük daşıma şirkətlərindən olan "Maersk" və digər böyük gəmi şirkətləri yüzlərlə ticarət gəmisinə Qırmızı dənizdən uzaq durmağı, Afrika ətrafında dövrə vurmağı və ya gəmilərin təhlükəsizliyi təmin olunana qədər fasilə verməyi tapşırıb.

"Bu, qlobal ticarətin və qlobal təchizat zəncirlərinin ən vacib arteriyalarından biridir və hazırda tıxanıb", - deyə şirkət rəsmlərindən biri bildirib və əlavə edib ki, fasilə bir neçə ay davam edə bilər. 

Bank rəhbərləri böhranın inflyasiya təzyiqləri yarada biləcəyindən narahatdırlar. Məlumata görə, dekabrın əvvəlindən yükdaşıma tarifləri iki dəfədən çox artıb, sığorta mənbələri isə Qırmızı dəniz vasitəsilə daşınmalar üçün risklərin artığını deyir.

Hücumlar dünya gəmi nəqliyyatının təqribən 15%-ni təşkil edən və Avropa ilə Asiya arasında mühüm kanal rolunu oynayan marşrut boyunca həyata keçirilir. Yaponiya daşıma şirkətləri də Qırmızı dənizdə təsirə məruz qalan bəzi yüklərin olduğunu söyləyib.

Hücumlar İtaliya limanlarında da böyük fasilələrə səbəb olub.İtaliyanın xarici işlər naziri Antonio Tajani bildirib ki, ölkəsi Avropa İttifaqının digər üzvlərinin gələn həftə Aİ-nin dəniz təhlükəsizliyi missiyasının yaradılması ilə bağlı razılığa gəlməsini istəyir.

Qeyd edək ki, Afrikanın Ümid burnu ətrafında dövrə vurmaq Qırmızı dəniz və Süveyş kanalı vasitəsilə keçidlə müqayisədə yüklərin daşınmasını 10-14 gün gecikdirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam