Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İran-İraq müharibəsi başlayır? -hədəf ABŞ, ərazi isə...

SEPAH son terrora cavab verildiyini bəyan edib, rəsmi Bağdad isə Tehrana “İsraili vura bilmir, bizə zərbə endirir” cavabını verib; Pakistana da hücum istisna deyil - region müharibənin astanasında...

Yenixeber.org: Regionda yeni və dəhşətli müharibə başlaya bilər. Amerikanın Harir aviabazasının və İraqdakı Ərbil beynəlxalq hava limanının, ABŞ konsulluğunun İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kamikadze PUA-ları, həmçinin Fateh-110 ballistik raketləri ilə vurulmasından sonra bu qənaət formalaşır. ABŞ-ın Ərbildəki konsulluğu ballistik raket zərbəsindən sonra demək olar ki, tamamilə dağılıb.

Ərbil İraq Kürdüstanının inzibati mərkəzi, İraqın şimalındakı muxtar bölgədir. İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, zərbələr Kermanda general Qasım Süleymaninin ölümünün ildönümü münasibətilə keçirilən mərasim zamanı şəhər qəbiristanlığına edilən terror hücumuna cavabdır. SEPAH raketlərinin hədəfi sırasında Amerika bazası, ABŞ Konsulluğu ilə yanaşı yerli kürd təhlükəsizlik qərargahı və MOSSAD-la əlaqəli yerli iş adamının şəxsi iqamətgahı da olub.

Kürd mənbələri iş adamı Peşrav Zeyanın da SEPAH-ın hücumu zamanı öldüyünü təsdiqləyib.

İranın İraq Kürdüstanında hədəflərə endirdiyi zərbələrdən sonra İraq Xarici İşlər Nazirliyi Tehrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb. Bundan başqa, İranın Bağdaddakı səfiri İraq XİN-ə çağırılıb. Rəsmi Bağdad İranın zərbələr endirməsini pisləyib. İran rəsmiləri isə növbəti zərbələri də istisna etməyiblər. Düzdür, İran gərginləşən münasibətlər fonunda İraqda ABŞ-a aid mərkəzləri vurur. Ancaq bütün hallarda ərazi İraqdır və bombalar bu ölkə ərazisinə atılır. Cavab zərbələri olarsa, İrana atılan mərmilər də İraq ərazisindən atılacaq. Beləliklə, format bir qədər fərqli və qorxunc şəkildə olsa da, növbəti İran-İraq müharibəsi qaçılmaz görünür. Regionda bu savaş da açılarsa, hansı acınacaqlı durumun yaşanacağını proqnozlaşdırmaq mümkün deyil. “İran İsrailə hücum etmək istəmir və ya edə bilmir. Buna görə də ətrafda qurbanlar axtarır və nəticədə Ərbilə hücum edir”. Bu sözləri İraqın xarici işlər naziri Fuad Hüseyn CNN-ə müsahibəsində deyib. Nazirin sözlərinə görə, Ərbildə MOSSAD-a bağlı heç bir mərkəz yoxdur: “İranın bu hücumu beynəlxalq hüququn pozulmasıdır və bununla bağlı BMT Təhlükəsizlik Şurasına şikayət ediləcək. İraqlılar İranın İsraillə gərginliyinin əvəzini ödəyir”.

Kirman şəhərindəki terakt, onun ardınca SEPAH-ın yüksək çinli zabitlərinin öldürülməsinə görə İran qisas vəd etmişdi, hətta Qumda, “şiələr üçün müqəddəs” olduğu iddia edilən Çəmkəran məscidində “qırmızı bayraq” da qaldırılmışdı - qisas rəmzi olaraq. Beləliklə, SEPAH qisas əməliyyatı həyata keçirdi: Ərbildə ABŞ konsulluğuna, o cümlədən “bir neçə digər yerə” zərbələr endirdi, Pakistanda “Ceyş ül-Ədl”in qərargahını vurduğunu açıqladı. Yeri gəlmişkən, Pakistanın Xarici İşlər Nazirliyi sərhəddəki insidentlə əlaqədar İranın müvəqqəti işlər vəkilini çağıraraq ona etirazını bildirib. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Davosda keçirilən iqtisadi forum çərçivəsində Pakistanın müvəqqəti baş naziri Ənvar-ül-Haq Kakarla görüşüb. 

“İran Pakistan ərazisinə zərbələr endirib. Pakistan XİN səviyyəsində etiraz etdi. Amma İslamabadın real cavabının olub-olmayacağı bilinmir. Çünki İran Pakistanın dövlət obyektlərinə deyil, Tehranın terrorçu adlandırdığı radikal qrupun obyektlərinə zərbələr endirib”. Politoloq Sergey Markov deyib. “Pakistan isə bilir ki, bütün ərazisinə, xüsusən də "qəbilə zonası" adlanan əraziyə nəzarət edə bilməz. Ola bilsin ki, Pakistan İranın öz düşmənlərini də məhv etməsinə sevinir. Etiraz isə asayiş naminə edilib. İranın hədəf aldığı qrup bəluclardır. Onlar həm İran, həm də Pakistan üçün separatçı sayılır. Ona görə də İranla Pakistan arasında heç bir münaqişə olmayacaq. Hətta ola bilsin ki, onlar İranın zərbəsinin məqsədlərinə dair əvvəlcədən razılaşıblar. Hərbi kəşfiyyat səviyyəsində razılaşma ola bilər", - o bildirib. Sanki bununla da İran tərəfindən region dövlətlərinə göz dağı verilir və istənilən dövlətin ərazisini bombalamaq, istədiyini etmək imtiyazına malik olduğunu göstərmək istəyir. 

“Biz İran xalqının hüquqlarını pozan istənilən addıma qətiyyətlə cavab verəcəyik”. İranın müdafiə naziri, general Məhəmməd Rza Aştiani deyib. O qeyd edib ki, İran həm Qərbdən, həm də Şərqdən gələn təhdidlərə göz yummayacaq. “Bu reaksiya sərt və həlledici olacaq. İran bütün ölkələrin, xüsusən də qonşularının hüquqlarına, maraqlarına və ərazi bütövlüyünə hörmət edir, lakin biz sərhədlərimizdə təxribat törədənlərlə mütləq mübarizə aparacağıq. Rusiya İranın təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət edəcəyinə söz verib. Rusiya Federasiyasının müdafiə naziri ilə telefon danışığım oldu, o, bunu təsdiqlədi.  Qərara alınıb ki, Xarici İşlər Nazirliyi anlaşma memorandumunda Rusiyanın təhlükəsizliyimiz, suverenliyimiz və ərazi bütövlüyümüzlə bağlı məsələlərə tam hörmətlə yanaşacağını imzalayacaqlarını nəzərə alsın”, - iranlı nazir bildirib. Xatırladaq ki, İran-İraq müharibəsi 1980-1988-ci illərdə olub. O zaman İsrail İrana dəstək olub. Bu dəfə İran-İraq müharibəsi başlasa belə, Tehranı kimlər dəstəkləyə bilər? 

 Aqşin Kərimov

Siyasi şərhçi Aqşin Kərimovun sözlərinə görə, İranı xarici siyasətdə zəiflətmək üçün həlledici zərbə Tehranın bəslədiyi proksi qüvvələri tamamilə sıradan çıxarmaq və ya onları əhəmiyyətli dərəcədə zərərsizləşdirməkdir: “Birinci növbədə İranın baş vəkili "Hizbullah" hədəfdə olmalı idi. İranın Bəhreyndəki proksi qüvvəsi: “Əl-Aştar briqadası” - onun potensialı güclü qiymətləndirilir. İranın Suriyadakı əsas proksi qüvvələri: “Zeynəbiyyun”, “Fatimiyyun” hərəkatları, “Qüvvət Əl-Ridha” qrupu və “Baqir briqadası” - onlar kəşfiyyat qiymətləndirmələrində güclü qiymətləndirilir. İranın İraqdakı qeyri-rəsmi qüvvələrinin gücü yüksək dəyərləndirilir. İranın Yəməndəki aktoru - husilər. Bunun gücü orta ölçüdə qiymətləndirilir. İranın Fələstindəki vəkil qüvvələri də orta qiymətləndirilir. İran Azərbaycanda da “Huseyniyyun” yaratmaq istəyirdi, bu, onun müsəlman coğrafiyasındakı natamam niyyətini tamamlamağa imkan verəcəkdi. Azərbaycan top atmadan, müharibə etmədən İranın proksi qüvvəsinin gücünü və müqavimətini qıra bildi. Qərb koalisiyası birləşib İranın proksi qüvvələrini tamamilə məhv etməkdə maraqlıdırmı? Bu, nəinki geniş təhlil, hətta geniş tədqiqat mövzusudur..."

Ramiyə Məmmədova 

Siyasi şərhçi Ramiyə Məmmədova Qəzzadan başlayan, Qırmızı dənizə qədər uzanan, indi isə İran-İraq, İran-Pakistan gərginliyinə səbəb olan yeni bir Yaxın Şərq savaşının astanası ərəfəsində olduğumuzu proqnozlaşdırır. Onun sözlərinə görə, İran ətrafına zərbələr endirməklə öz daxilinə doğru gəlməkdə olan təhdidləri azaltmağa çalışır. Ekspert hesab edir ki, İranın proksi qüvvələri onun rəqibləri ilə savaşı davam etdirəcək: “Region yenidən qaynayır. İran müharibənin içərisinə düşməklə Ukrayna cəbhəsində Rusiyaya dəstəyini artıra bilməyəcək. Britaniya İran, Rusiya, Çin və Şimali Koreyanı dünya üçün təhlükə adlandırdı. Qərb qütbü bu ölkələrlə uzunmüddətli savaşa, böhrana hazırlaşır. O baxımdan 2024-cü ildən etibarən Yaxın Şərq növbəti dəfə poliqona çevrilə bilər. Məsələ budur ki, ərazi İraq, Pakistan, Yəmən, yaxud Fələstinindir, amma döyüşən güclər, oyunçular fərqlidir”.(musavat.com) 

Emil SALAMOĞLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam