Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kreml qorxur və qorxudur: “Rusiya dağılacaq”

Qərbin Rusiyanı parçalamaq, 5 müstəqil hissəyə bölmək planı baş tutacaqmı?

Yenixeber.org: Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” kanalına müsahibəsi zamanı Qərbin Rusiyanı hissələrə bölmək, özünə tabe etdirmək və resurslarından istifadə etməklə onu məhv etmək istəyində olduğunu deyib. Bildirib ki, Qərbin son illərdə yürütdüyü siyasət bu məqsədə xidmət edir.

“Ən yaxşısı Rusiyanı ABŞ-ın məşhur siyasətçisi Bjezinskinin təklif etdiyi kimi, beş yerə bölmək, bu hissələri ayrıca tabe etmək və resurslardan istifadə etməkdir. Ancaq sonradan mənə bu anlayış gəldi ki, hər şeyin ayrı-ayrılıqda müstəqil çəkisi, müstəqil səsi olmayacaq və milli maraqları vahid Rusiya dövləti kimi müdafiə etməyəcək. Və ilkin yanaşma kifayət qədər sadəlövh idi. Əgər 2000-ci ilə qayıtmaq fürsəti olsaydı, o, özünü Qərbə qarşı çox sadəlövh və inandırıcı olmaqdan çəkindirərdi”, – deyə Putin söyləyib.

Qeyd edək ki, 2022-ci ilin fevral ayının 24-də Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə tam şiddəti ilə davam edir. Milyonlarla insan bu müharibənin qurbanı olub ki, onların arasında yüzminlərlə rus hərbçisi də var. Bu xüsusda Rusiya ilə Qərb arasında münasibətlər kəskin mərhələyə qədəm qoyub. Rusiyaya qarşı çovektorlu sanksiyalar tətbiq edən Qərb Ukraynanı silahlandırır, bütün mənalarda şimal qonşumuzu zəfilətməyə çalışır.

Bəzi ekspertlər Ukraynanın Qərbin dəstəyi ilə Rusiyanı məğlub edəcəyini, nəticədə Rusiyanın parçalanacağını düşünsələr də, əks qənaətdə olanlar, bu müharibədən Moskvanın qalib çıxacağını iddia edənlər də var.

Qərb doğrudanmı Rusiyanı parçalamaq niyyətindədir və Putinin də söylədiyi kimi, hissələrə bölə biləcəkmi?

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə xatırladıb ki, tarixdə imperiyaların parçalanması halları olub: “Lakin Rusiyanın bunun qarşısını almaq üçün şansları var. Əgər şimal qonşumuz parçalanma təhlükəsindən yayınmaq istəyirsə, ilk növbədə sərt idarəetmə modelindən imtina etməlidir. Muxtariyyətlərə müəyyən səlahiyyətlər verməlidir. Bunları etməsə, təbii ki, Rusiya da digər imperiyalar kimi parçalana bilər”.

“Beynəlxalq münasibətlər sistemi kifayət qədər gərgindir və Rusiya anti-Qərb blokunun önündə gedən ölkələrdəndir. Belə olduğu təqdirdə Qərbin ona qarşı təzyiqləri də təbiidir. İki cinah döyüşür və tərəflərdən biri digərinə qalib gəlməyə çalışır. Putinin Rusiyanın beş yerə bölünəcəyi ilə bağlı açıqlaması da Kremldə mövcud olan narahatlıqdan qaynaqlanır. Hesab edirəm ki, daxildə islahatlar yolu ilə bundan yayına bilərlər”, - deyə deputat vurğulayıb.

Mollazadə Rusiya-Ukrayna müharibəsinin yekunlaşacağı tarixlə bağlı konkret fikir bildirməyə tələsmir: “Rusiya Ukraynaya qarşı işğalçılıq siyasəti yürüdür. Ukrayna da ərazi bütövlüyünü və suverenliyini qorumağa çalışır. Moskva diqtə ritorikasından əl çəkə bilmir və Ukraynanın da onun dediyi ilə oturub-durmasını, diktəsi ilə hərəkət etməsini istəyir. Onlar isə bunu qəbul etmirlər. Müharibə də məhz buna görə davam edir. Heç bir tərəf qəti üstünlük qazanmadığına görə müharibə bir müddət davam edəcək. Danışıqlar masası üçün tərəflərin müəyyən üstünlükləri olmalıdır”.

Putinin açıqlamasını şərh edən politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, hazırda geopolitik durum “soyuq müharibə” dövründən daha təhlükəlidir: “Rusiyanın dağılması ilə əlaqədar müzakirələr uzun müddətdir davam edir. Hətta bununla bağlı öncəgörmələr də var. Rusiyanın başında elə bir şəxs dayanıb ki, faktiki olaraq nəhəng ölkəsini dağıdır. Bunun başqa adı yoxdur. Ukraynanı xaraba qoyublar. Yüzminlərlə rus hərbçisi ölüb. Bütün dünyanı Rusiya ilə düşmən edib. Ancaq imperalist maraqlarından əl çəkə bilmir. Putin ölkəsinin separatizm kartından istifadə etməkdə israrlı olduğuna dəfələrlə eyham vurub. Bu gün də ənənəvi siyasətini davam etdirir”.

“Təbii ki, bu yolun sonu yoxdur. Bu müharibələr, dağıdıcı cəhdlər yekunda Rusiyanın özünün dağılmasına gətirib çıxaracaq. İki ilə yaxındır ki, Kreml Ukraynada təcavüzkar siyasətini davam etdirir. Qərb də Ukraynaya lazımi səviyyədə dəstək vermir. Buna baxmayaraq, yenə də üstünlük qazana bilmir. Müəyyən inzibati resurslar hesabına daxildə böhranın, sosial-iqtisadi fəlakətin qarşısını alırlar. Lakin bu, sonsuza qədər belə davam edə bilməz”, - deyə müsahibimiz diqqətə çatdırıb.

Əlizadə əmindir ki, Rusiyanı qarşıda ağır günlər gözləyir: “Bunu Kremldə də bilirlər. Putin narahatdır və buna görə də dünyanı hədələyir. Ukraynaya təcavüzdən qabaq Qərbdən təhlükəsizliyinə təcili təminat istəyirdi. Ala bildimi? Təbii ki, yox. Kimdir bu təminatı verən? Rusiya ölkələrin müstəqil, suveren yaşamalarına imkan vermək istəmir. İstəyir ki, hər şey onun nəzarətində olsun. SSRİ rəhbərliyi də bu siyasəti yürüdürdü. Nəticə nə oldu? İmperiya dağıldı. Rusiya da dağılacaq”.(AYNA)

Azər Niftiyev

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam