Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

MSK Elza Seyidcahanın namizədliyini qeydə aldı

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında noyabrın 1-nə Milli Məclisə təyin edilmiş seçkilərdə öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürmüş Elza Seyidcahanın müaciətinə baxılıb.

"Xeberinfo.com":   Məlumata görə, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürmüş E.Seyidcahan dairə seçki komissiyasının onun namizədliyini qeydə almaqdan imtina edən qərarı ilə bağlı şikayət edib.

İclasda bildirilib ki, dairə seçki komissiyası E.Seyidcahanın namizədliyini qeydə almamaqda onu əsas gətirib ki, onun namizədliyinin qeydə alınması üçün təqdim edilən 550 imzadan 43 imza saxta hesab olunub və 180 seçici imzalarının etibarsız hesab edilməsi barədə seçicilər DSK-ya müraciət edib.

İclasda qeyd olunub ki, araşdırma zamanı məlum olub ki, 180 müraciətdən yalnız 78 əsaslıdır.

Qeyd edilib ki, yerdə qalan imzalar kifayət etdiyindən E.Seyidcahanın namizədliyi qeydə alına bilər. Beləliklə, E.Seyidcahanın müraciəti təmin edilib və onun deputatlığa namizədliyi qeydə alınıb.

E.Seyidcahan isə təşəkkürün bildirərək qeyd edib ki, MSK-nın bu qərarı onun üçün vacib əhəmiyyət kəsb edir: “Məni saxtakarlıqda ittiham edirdilər. Bu mənim yaradıcılıqdan uzaqlaşmağıma səbəb ola bilərdi. Sağ olun ki, ədalətli qərar qəbul etdiniz”.

MSK sədri Məzahir Pənahov isə E.Seyidcahana “yaradıcılıqdan uzaqlaşmayın” deyə müraciət edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam