Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Müsavatçının namizədliyi qeydə alındı

 

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 79 saylı İmişli Seçki Dairəsindən Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş sabiq deputat İltizam Əkbərlinin namizədliyinin müvafiq dairə seçki komissiyası (DSK) tərəfindən qeydə alınmaması barədə şikayətinə baxılıb.

"Xeberinfo.com":    APA-ya istinadən məlumata görə, Ə. Əkbərli deyib ki, DSK təqdim etdiyi 534 imzanı etibarlı sayıb, ancaq mülkiyyətində olan torpaq sahəsinin ölçüləri barədə düzgün məlumat vermədiyi üçün namizədliyi qeydə alınmayıb.

MSK üzvü Ramiz İbrahimov bildirib ki, MSK-nın İşçi Qrupunun apardığı araşdırma zamanı İ. Əkbərliyə bələdiyyə tərəfindən verilən 0,6 hektar torpaq sahəsinin Əmək Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində (DƏDRX) qeydiyyatdan keçmədiyi üzə çıxıb.

R İbrahimov qeyd edib ki, bu torpaq sahəsi DƏDRX-da reyestrdən keçmədiyi üçün DSK-nın qərarı ləğv edilməli, İ. Əkbərlinin namizədliyi qeydiyyata alınmalıdır.

MSK məsələni səsverməyə çıxarıb, şikayət təmin edilərək DSK-nın qərarı ləğv edilib, İ. Əkbərlinin namizədliyi qeydə alınıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam