Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Deputat namizədliyini vəzifəyə görə geri götürüb

 

“Leyla Abdullayevanın deputatlığa namizədliyini geri götürməsinin səbəbi yeni vəzifəyə təyin olunmasıdır”.

"Xeberinfo.com":   Məlumata görə, bunu virtualaz.org saytına açıqlamasında Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib.

Onun sözlərinə görə, millət vəkilinin yeni təyin olunduğu vəzifə ilə yanaşı deputatlıq fəaliyyəti göstərməsi qanunvericiliyə ziddir: “Bununla əlaqədar olaraq da o, seçki marafonundan geri çəkilib. Hansı vəzifəyə təyin olunması barədə isə heç bir məlumat verə bilmərəm. Səhv etmirəmsə, indiyə qədər Sumqayıtda orta məktəbdə çalışırdı”.

Yeni Azərbaycan Partiyasının Leyla Abdullayevanın namizədlik irəli sürdüyü dairədən kimin namizəd olacağına gəlincə isə H.Paşayev deyib ki, həmin dairədən kimin dəstəklənəcəyi hələ bəlli deyil: “Seçki Məcəlləsinə müvafiq olaraq namizədin partiya, yaxud da fərdi qaydada irəli sürülməsi və prosedur qaydalarını yerinə yetirməsi fiziki cəhətdən mümkün deyil. Ona görə də həmin dairədən namizədlərin qeydə alınması bitdikdən sonra hər hansısa namizədin dəstəklənməsi barədə qərar qəbul edəcək. hazırda isə bu barədə heç bir qərar yoxdur”.

Qeyd edək ki, Leyla Abdullayeva 41 saylı Sumqayıt seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam