Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

"Belə davam edərsə, yenə başlarına dəmir yumruq dəyəcək"-Şamil Ayrım

Ötən gün Ermənistanın paytaxtı İrəvanda Azərbaycan və Türkiyəyə qarşı növbəti dəfə təxribat törədilib. Qondarma “erməni soyqırımı” münasibətilə keçirilən yürüş zamanı iştirakçılar Azərbaycan və Türkiyə bayraqlarını yandırıb, təxribatçı fikirlər səsləndiriblər.   

Yenixeber.org: İrəvanın Respublika meydanında baş vermiş hadisə barədə danışan Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı Şamil Ayrım bildirib ki, ermənilər öhdəliklərindən boyun qaçırmaq üçün təxribatlara əl atırlar. 

“44 günlük Vətən müharibəsindən sonra Rusiya, Ermənistan və Azərbaycan üçtərəfli bəyanata imza atıb. Bu anlaşmanın  maddələri yerinə yetirilməlidir. Zəngəzur dəhlizi açılmalıdır. Azərbaycanın irəli sürdüyü 5 maddəlik təkliflər paketi qəbul edilməlidir. Ermənistan bütün bunlardan boyun qaçırmaq üçün son bir neçə aydır ki, təxribatlara əl atır. Bütün bunlar təəssüf doğurur.  

Zəfərdən sonra həm Azərbaycan, həm də Türkiyə prezidentləri birlikdə çıxış etdilər. 6 dövlətin - Rusiya, İran, Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistanın birgə layihədə iştirakını təklif etdilər. Bununla da regionda daimi sülh hədəflənirdi. Təəssüf ki, Ermənistanın təxribatları sülhün qarşısını alır”, - türkiyəli deputat vurğulayıb.

  
















Onun sözlərinə görə, Ermənistan Azərbaycanın tələbləri ilə razılaşmalıdır, başqa yolu yoxdur: 

“Ermənistan yaxşı bilir ki, Azərbaycan hər ötən gün daha da güclənir. 44 günlük Zəfərdən sonra Azərbaycan xalqı, siyasi partiyalar, vətəndaş cəmiyyəti bir-birilə sıx birləşib. Türkiyə 44 günlük Vətən müharibəsində olduğu kimi, indi də Azərbaycan xalqının yanındadır. Bu gün Azərbaycanda PUA və “Bayraktar TB-2”nin fabriki açılır. Müharibədən sonra hörmətli prezidentlərimiz qeyd etdilər ki, Azərbaycanda nə varsa Türkiyədə, Türkiyədə nə varsa Azərbaycanda olacaq. Demişdilər ki, Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü Türkiyənin gücüdür. Ermənilərin təxribatçı addımları heç nəyi dəyişməyəcək. İstədikləri qədər bayraqlarımızı yandırsınlar, nə əldə edəcəklər? Belə davam edərsə, yenə başlarına dəmir yumruq dəyəcək”.

 















Ş.Ayrım İrəvanda bayrağın yandırılmasına görə Türkiyənin necə cavab verməsindən də söz açıb: 

“Ermənilər hər il aprelin 24-nü qondarma “soyqırımı günü” kimi anırlar. ABŞ rəsmiləri hər il ermənilərə xoş olsun deyə açıqlamalar verir. Onlar erməniləri daha da cəsarətləndirir. Guya türklər “soyqırımı aktı” törədib. Bizim tariximizdə əcdadlarımız tərəfindən heç vaxt soyqırımı törədilməyib. İstər inancımız, istərsə də türklük düşüncəmizə uyğun olaraq insanlara həmişə qucaq açırıq. 24 aprel tarixi gəldikdə ermənilər bayraqları yandırır və bizim səfirlik binalarımızın önündə aksiyalar keçirirlər. Dünya parlamentlərində “soyqırımı” ilə bağlı qərar qəbul olunması istiqamətində müəyyən işlər görürlər. Ancaq 2005-ci ildə cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğan Ermənistan rəhbərinə məktub yazmışdı. Təklif olunmuşdu ki, birlikdə komissiya yaradıb, arxivlər açılsın, hər iki tərəfdən elm adamları araşdırma apararaq faktları ortaya qoysunlar. Ermənistan tərəfi bizim müraciətimizə cavab vermədi. Türkiyə hələ də eyni mövqedədir". 

"Mən iğdırlı, qarslı, həm də ərzurumluyam. Bu ərazilər erməni zülmünə, soyqırımına daha çox məruz qalıb. Bizim bölgəmizdə xeyli sayda kütləvi məzaralıqlar var. Yalnız İğdırda 3-4 kütləvi məzarlıq var. Bunlar elm adamları tərəfindən təsbit olunub. Biz ortaya faktlar qoyuruq. Gəlsinlər, birlikdə araşdıraq. Bu mənada ermənilərin bayraq yandırma təxribatı mənasızdır. Həm Türkiyə, həm də Azərbaycanı qəzəbləndirsələr, başlarına cüt “Dəmir yumruq” dəyəcək. Ağıllarını başlarına toplamalıdırlar. Biz bu coğrafiyada  sülh və əmin-amanlığın olmasını istəyirik. İnsanlar rahat yaşasınlar, evlərində rahat yatsınlar, qan tökülməsin. Bu ərazidə iqtisadiyyat canlansın. Ticarətlə məşğul olanlara daha geniş imkanlar açılsın. Zəngəzur dəhlizi açıldıqda Londondan düz Çinə qədər insanlar maşınla gedə biləcəklər. Görün, bu dəhliz nə qədər faydalıdır”, - AKP təmsilçisi əlavə edib.(modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam