Redaktor seçimi
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
Günün xəbəri

Ermənistandakı PUA və raketlər İranındır -ŞOK İDDİA

 

Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatlar Türkiyəni də ciddi narahat edir. Sərhəddə baş vermiş son hadisələr göstərir ki, Ermənistan regionda qeyri-sabitliyin hökm sürməsində maraqlıdır. 

Yenixeber.org: Bunu təhlükəsizlik üzrə  türkiyəli ekspert İmbat Muğlu açıqlamasında deyib. 

Onun sözlərinə görə, işğalçı ölkənin məqsədi bölgədə sülhü əngəlləmək və xaos yaratmaqdır:"Ermənistan silahlı qüvvələrinin bölmələri regionda xaos və iğtişaş yaratmaq məqsədilə aprelin 11-də Gorus rayonunun Dığ kəndi istiqamətindən Azərbaycanın Laçın rayonunda yerləşən mövqelərini intensiv şəkildə atəşə tutub. Erməni qüvvələrinin məkirli şəkildə planlaşdırılmış hücumuna qəhrəman Azərbaycan Ordusu layiqli cavab verib və Ermənistan silahlı qüvvələrinin təxribata əl atan hərbçilərini zərərsizləşdirib. Ermənistanın məqsədi regionda qeyri-sabitlik yaratmaq, 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarını yenidən işğal edib, dünyanın gündəmində olmaqdır. Azərbaycan Beynəlxalq hüquq prinsipləri çərçivəsində dünya tərəfindən tanınmış ərazi bütövlüyünün təmin edilməsi uğrunda mübarizəsini bu gün də qətiyyətlə davam etdirir", - deyə tanınmış ekspert vurğulayıb.

 












İ.Muğlunun fikrincə, Ermənistan tərəfinin son hadisələrdə İran PUA-larından istifadə etməsi istisna deyil: 

"Təcavüzkar Ermənistana təklifimiz budur ki, təxribatçı mövqeyindən tamamilə əl çəksin. İllərdir davam edən və ona uzadılan sülh əlini fürsət olaraq qəbul etsin. Türk milləti olaraq hər zaman qardaşlarımızın yanındayıq və bundan sonra da yanında olacağıq. Şəhid əsgərlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik. Şükürlər olsun ki, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan Ordusunun şücaətinə və yüksək döyüş ruhuna qarşı dura bilməyən Ermənistanın hərbi-siyasi administrasiyası daha çox itki verməmək üçün Rusiyada aparılacaq danışıqlara “hə” desə də, təəssüf ki, bunu tətbiq etmək mümkün olmur. Çünki Ermənistan hər zaman razılaşmalara xəyanət edir. Ermənistan Ordusunun hər sahəsində İranın izi var. Çünki İran Ermənistanı müttəfiq kimi görür və onlara dəstək verir. Ermənistanın adıçəkilən ölkənin pilotsuz uçan aparatlarından istifadə etmək ehtimalı çox yüksəkdir. Ümumiyyətlə, Ermənistanda təkcə PUA-lar deyil, çoxlu silah, sursat və raketlər də İran istehsalıdır". 

Qeyd edək ki, aprelin 11-də Azərbaycan-Ermənistan sərhədində itkilərlə nəticələnən toqquşma yaşanıb. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatında bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.

Təxribatların qarşısını alarkən Azərbaycan ordusunun 3 hərbi qulluqçusu şəhid olub. Ermənistan Müdafiə Nazirliyi isə toqquşma zamanı 4 erməni hərbçinin öldüyünü, 6-sının yaralandığını açıqlayıb.(modern)  



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam