Redaktor seçimi
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Günün xəbəri

İnce CHP-dən gələn təklifdən imtina edibmiş - Detallar məlum oldu (FOTOLAR)

İnce CHP-dən gələn təklifdən imtina edibmiş - Detallar məlum oldu (FOTOLAR)

Türkiyədə Məmləkət Partiyasının sədri Muharrem İnce və "Millət İttifaqı" arasında vahid namizəd məsələsində razılığa gəlinməməsinin detalları məlum olub.

Yenixeber.org: Bu barədə məşhur jurnalist İsmail Saymaz tviter səhifəsində yazıb.

Onun əldə etdiyi məlumata görə, Cümhuriyyət Xalq Partiyası (CHP) tərəfindən Məmləkət Partiyasına vahid namizədin dəstəklənməsi ilə bağlı təklif irəli sürüb. Bunun qarşılığında Muharrem İnce müəyyən şərt irəli sürüb. Açıqlanmayan şərti CHP sədri Kemal Kılıçdaroğlu qəbul etməyib. Bundan sonra CHP funksioneri Fikri Sağlar Məmləkət Partiyasına İncenin istədiyindən az - proporsional siyahıda 5 deputat yeri təqdim oluna biləcəyi barədə məlumatı təqdim edib.

Lakin Muharrem İnce bu təklifdən də imtina edib və həmin gün namizəd kimi Ali Seçki Komissiyasının püşkatma mərasiminə yollanıb. Bununla da Məmləkət Partiyası və "Millət İttifaqı" arasında vahid namizəd barədə razılığa gəlmək mümkün olmayıb.

Məlumatları həm CHP-li Fikri Sağlar, həm də Məmləkət Partiyasının sədr müavini Mevlüt Dudu jurnalistə təsdiqləyib.

Qeyd edək ki, martın 31-də Türkiyə prezidentliyinə namizədlərin yekun siyahısı açıqlanıb. 3 apreldə isə namizədlərin seçki bülletenindəki sıralaması ilə bağlı püşkatma mərasimi keçirilib. Bundan sonra hər hansı namizəd seçkidən çəkildiyini elan etsə də, adı bülletendə qalacaq və seçicilərin onlara səs verməsi mümkün olacaq.(modern)

                          CHP-li Fikri Sağlar

                                              Məmləkət Partiyasının sədr müavini Mevlüt Dudu

                             Jurnalist İsmail Saymaz


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam