Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiya səfiri:"Bu gedişlə dəlilik edib Kiyevə təyyarə də verəcəklər"

Rusiya səfiri:  "Bu gedişlə dəlilik edib Kiyevə təyyarə də verəcəklər"   
Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ-ın Ukraynanı GLSDB uzaqmənzilli bombalarla təchiz etmək qərarını şərh edib.
Yenixeber.org: O, Kiyevə getdikcə daha güclü silahların təhvil verilməsini ABŞ tərəfindən münaqişənin qəsdən gərginləşməsi kimi qiymətləndirib.
Xatırladaq ki, ABŞ bir müddət öncə Ukraynaya 2,2 milyard dollarlıq hərbi yardım paketini açıqlamışdı. Yeni hərbi yardım paketinə hava hücumundan müdafiə vasitələri, HIMARS üçün uzaqmənzilli raketlər və uzaqmənzilli GLSDB mərmiləri daxildir. Pentaqon bildirib ki, ABŞ Krımda zərbələr endirmək üçün uzaqmənzilli mərmilərdən istifadə imkanını Kiyevin ixtiyarına verir.
"Vaşinqton Rusiyanı strateji məğlubiyyətə uğratmaq istəyində heç bir sərhəd görmür. Kiyev rejiminə getdikcə daha güclü silahların verilməsi Birləşmiş Ştatlar tərəfindən münaqişənin qəsdən gərginləşməsi deməkdir. Administrasiya demək olar ki, hər şeyi "Ukrayna kartı"nın üzərinə qoyub: özünün beynəlxalq nüfuzun, amerikalı vergi ödəyicilərinin pulları və ukraynalı əsgərlərin həyatını", - Antonov sosial şəbəkədə qeyd edib.
Yüksək səviyyəli diplomat onu da vurğulayıb ki, belə bir sürətlə ABŞ Ukraynaya döyüş təyyarələri vermək kimi “mütləq dəlilik”lərə də əl ata bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam