Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Ermənistanın spikerindən Laçın yoliu açıqlaması –İrəvanın yeni oyunu ifşa olur

Yenixeber.org: Növbəti belə “qəhramanlığı” Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan göstərib.

O, yerli mətbuata açıqlamasında deyib ki, Ermənistan Laçın yolunun “açılması üçün" Azərbaycanla danışıqlarda iştirak etməyəcək.

Simonyan lideri Paşinyan kimi yenə həddini aşıb, Xankəndindəki separatçıların Bakı ilə danışa biləcəyini və buna cəhd etdiklərini iddia edib.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan da yanvarın 10-da keçirdiyi mətbuat konfransında verdiyi bəyanatlarda İrəvanla separatçı rejim arasında guya, hansısa “fikir ayrılığının” olduğunu nümayiş etdirməyə çalışıb. Ancaq İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan qaçması bunun da ermənilərin yeni oyunu olduğunu söyləməyə əsas verir.

Alen Simonyan İrəvanın Laçın yolu ilə danışıqlara niyə daxil olmaq istəməməsini gülünc arqumentlə əsaslandırmağa cəhd edib. O bildirib ki, guya Ermənistan bunu etsə, onda üçtərəfli bəyanatı etibarsız elan etməli olacaq.

“Ermənistanın xarici işlər naziri elə bu səbəbdən həmkarları ilə dekabrda Moskvada keçirilən görüşə qoşulmayıb” –deyə, spiker növbəti dəfə saxtakarlıq edib.

“Ermənistanın Laçın yolu ilə bağlı danışıqlarda iştirak etməməsini düzgün sayırmı” sualına Simonyan cavab olaraq bildirib ki, “Üçtərəfli razılaşmada” Ermənistan tərəfinin Laçın yolu ilə bağlı hər hansı addımları nəzərdə tutulmayıb. Ona görə də, İrəvanın bu danışqlarda iştirak etməyəcəyini, edərsə bunun 9 noyabr bəyanatını ləğv olacağını iddia edib. “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam