Redaktor seçimi
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Günün xəbəri

Müharibə Araşdırmaları İnstitutu:"Putin Ukraynada gələn il də dayanmayacaq"

Müharibə Araşdırmaları İnstitutu:    "Putin Ukraynada gələn il də dayanmayacaq"
Rusiya Federasiyasının prezidenti Vladimir Putin müharibə məsələsində dayanmayacaq. O, Ukraynanın işğal olunmuş ərazilərini əlində saxlamağa və Qərbin Kiyevə dəstəyini dayandırmasına şərait yaratmaq üçün hərbi əməliyyatları uzatmağa çalışacaq.
Yenixeber.org: Belə bir qənaətə ABŞ-ın məşhur Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri gəliblər.

Ekspertlər hesab edirlər ki, Vladimir Putin NATO ilə birbaşa hərbi münaqişəyə can atmayacaq. O, kütləvi qırğın silahlarından istifadəyə işarə edə və alyansı hədələyəcək ki, Qərb Ukraynaya yardımları dayandırsın.

Hesabatda qeyd edilir ki, Rusiya rəhbərliyi yaxın gələcəkdə Ukraynada zəif hazırlıqlı rus qoşunlarını birbaşa döyüşə atmaq üçün şərait yaradacaq. Həmçinin qeyd edilir ki, Putinin qələbə nəzəriyyəsi sərt qışdan istifadə edərək Avropanın iradəsini qırmaqdır.

Kreml rəhbəri 4-6 aylıq təlimdən sonra hərbi xidmətə çağırılan rus gənclərindən də istifadə etməyi planlaşdırır. Bu yolla o, yazın əvvəllərində rus qoşunlarının yeni hücum əməliyyatlarını bərpa etməsinə şərait yarada bilər.

İnstitutun analitikləri onu da vurğulayıblar ki, Rusiyadakı qismən səfərbərlik Putinin Ukrayna məsələsində dayanmağı planlaşdırmadığını və 2023-cü ildə də mübarizəni davam etdirəcəyini göstərir. O, heç özünün şərtləri ilə müharibənin bitəcəyi və ya atəşkəsin əldə olunacağına da ümid etmir.

ISW-nın gəldiyi qənaətə görə, Rusiya prezidenti builki fərqli qışın avropalılara təsirini müşahidə etmək imkanı əldə edəcək. Bundan sonra Kreml rəhbəri qəti qərar verə bilər ki, o, yazda çağırışçılarını Ukraynaya göndərsin, yoxsa başqa tədbirlərə əl atsın.

Xatırladaq ki, Vladimir Putin sentyabrın 21-də ehtiyatda olan hərbçilərin səfərbər olunduğunu elan etdi. Oktyabrın 28-də isə Rusiyanın müdafiə naziri Sergey Şoyqu qismən səfərbərliyin nəticələri barədə Kreml rəhbərinə hesabat verərək söylədi ki, qismən səfərbərlik işləri artıq başa çatıb. Səfərbərlik elan ediləndən sonra təxminən 1 ay ərzində 300 min nəfər Ukraynadakı döyüşlər üçün hərbi xidmətə çağırılıb. Bundan sonra yaxın gələcəkdə sülhün əldə olunacağına dair nəzəriyyələr də puç oldu.

Buna baxmayaraq, bu günlərdə mediaya açıqlama verən Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov qeyd etdi ki, müharibə 2023-cü ilin yayına qədər bitməlidir. Ukrayna Silahlı Qüvvələri irəliləməklə 1991-ci ilin sərhədlərinə çatacaq. O, həmçinin yanvar ayına qədər ukraynalı hərbçilərin əhəmiyyətli irəliləyişlərlə yadda qalacağını da proqnozlaşdırdı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam