Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

“Putin Lukaşenkonun “öpüşlərinin” əvəzini pulla ödəmək niyyətində deyil”

Amiran Xevtsuriani: “Əlaqələr kəsiləcək, hava mübadiləsi dayandırılacaq və Belarus vətəndaşları Gürcüstana gələ bilməyəcəklər”

Zmiçer Miçkeviç: “Belarus rəhbəri göstərdi ki, Putinin musiqisinin sədaları altında istədiyi kimi rəqs etməyə hazırdır”

Yenixeber.org: “Rusiya Prezidenti Vladimir Putin deyəndə ki, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımağa ehtiyac var, Minsk bunu edəcək”, - deyə Belarus Preidenti Aleksandr Lukaşenko rusiyalı jurnalist Vladimir Solovyova müsahibəsində bildirib.

O, qondarma Cənubi Osetiya və Abxaziya “respublikalarının” tanınması ehtimalını şərh edərkən, “Mən ehtiyac görən kimi və Prezident mənə buna ehtiyac olduğunu söyləyən kimi tanıyacağıq” deyib.

Bu, çox maraqlıdır. O, əslində hesabat verir. Əgər əvvəllər Lukaşenko bu cür imkanları tamamilə inkar edirdisə, indi bu məsələni birbaşa Putinin istəyindən asılı vəziyyətə salır. Bunun mənası nədi? Belarus artıq bu cür məsələləri təkbaşına həll etmir? Əgər sabah Putin belə bir ehtiyac görərsə, Lukaşenka tərəddüd etmədən Gürcüstanla münasibətləri pozacaqmı?

Suallarımızı tanınmış əcnəbi ekspertlər cavablandırıblar.

Gürcüstan Texniki Universitetinin professoru, konfliktoloq, beynəlxalq münasibətlər üzrə elmlər doktoru Amiran Xevtsuriani:

“2020-ci il hadisələrindən sonra Aleksandr Lukaşenko həm öz əhalisinin gözündə, həm də beynəlxalq aləmdə legitimliyini tamamilə itirdi. Üstəlik, hakimiyyəti qəsb edən, eləcə də Roman Prataseviçi qaçıran və Avropa İttifaqı sərhədlərində miqrasiya böhranının süni yaradıcısı kimi o, praktiki olaraq “persona non-qrata”ya çevrilib.

Təbii ki, belə insandan nə istəsən, gözləmək olar. Cənab Lukaşenkonun Vladimir Solovyovla müsahibəsi onun tam və yekun lüstrasiyası idi. Bu müsahibədə o, özünün zəif tərəflərini ortaya qoydu və çoxlarının əvvəllər də şübhələndiyi Prezident Putindən şəxsi asılılığını vurğuladı.

Abxaziya və Samaçablonun (qondarma Cənubi Osetiya) tanınmasına gəlincə, təbii ki, onun belə bir addımı beynəlxalq vəziyyət baxımından real mənzərəni ciddi şəkildə dəyişməyəcək, bu anklavlar bir tərəfdən, Gürcüstanın bölünməz ərazisi, digər tərəfdən isə Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş torpaqları kimi qalacaq. Və bundan sonra Belarus bir dövlət olaraq Venesuela, Nikaraqua, Nauru və Suriya kimi bir sıra ölkələrin cərgəsinə qoşulacaq (gördüyünüz kimi siyahı təsiredicidir). Tanınma ikitərəfli təmasların qəti şəkildə dayandırılmasına və iki ölkə arasında diplomatik münasibətlərin kəsilməsinə gətirib çıxaracaq. Hava mübadiləsi də dayandırılacaq, bu, o deməkdir ki, Belarus vətəndaşları artıq Gürcüstana gələ bilməyəcəklər.

Bütün bunlara əsaslansaq, bəlli olur ki, bundan Belarus üçün heç bir siyasi və iqtisadi fayda olmayacaq. Lakin mən şübhə edirəm ki, bu amil cənab Lukaşenkonu çox narahat edir”.

Polşalı jurnalist, siyasi təhlilçi Zmiçer Miçkeviç:

“Burada başa düşmək lazımdır ki, hazırda Lukaşenko Putini hər vəchlə razı salmaq istəyir və ona görə də bu cür ritorikadan başqa, onun özündən təklif edəcəyi çox az şey var. O, elə məsələlərdə güzəştə getməyə çalışır ki, özünün fikrincə, onun manevr qabiliyyətini və müstəqilliyini ən az məhdudlaşdırır.

Yaxşı, indi növbə bu cür mübahisələrə çatıb. Bir müddət əvvəl o, Krımı Rusiya kimi tanıdığını demişdi, indi Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımağın mümkünlüyündən danışır. İndiyə qədər bunlar sözdən daha irəli getməyib.

Amma əslində, bu sualın özü burada maraqlıdır: o, bütün bunları necə tanıyacaq, bütün bunlar necə baş verəcək? Lukaşenko bu barədə danışmır. Deməli, hələlik hər şey sadəcə söhbətdir. Yəni, bu hələ ritorika məsələsidir.

Bununla belə, digər tərəfdən də başa düşmək lazımdır ki, istənilən söhbət gec-tez müəyyən nəticələrə gətirib çıxarır. Yəni, Lukaşenko Rusiyanın dəstəyi müqabilində yenidən bəzi qeyri-vacib şeyləri Moskvaya satmağa cəhd edə biləcəyini düşünür. İlk növbədə söhbət maliyyədən gedir. Ancaq mənə elə gəlir ki, belə bir ssenari Rusiya üçün müqabil deyil və Putin onsuz da hansısa real addımlar tələb edəcək.

Prinsipcə, onun Solovyovla bütün müsahibəsi göstərir ki, Lukaşenko sırf Rusiyadan hansısa maliyyə üstünlükləri və ya başqa dəstək almaq üçün özünü istənilən qədər əyməyə və alçaltmağa hazırdır. Ona görə də deyərdim ki, bütün bu açıqlamalara məhz belə məqamları nəzərə alaraq yanaşmaq lazımdır.

Onun bu sözləri heç nə demək deyil və heç bir nəticə verməyəcək. Lakin Putinin fikrincə, bu, birincisi, Lukaşenkonun sədaqətini nümayiş etdirir, bir daha göstərir ki, o, Putinin musiqisinin sədaları altında istədiyi kimi rəqs etməyə hazırdır, ikincisi, bunun Moskvanın iradəsi baxımından heç bir ciddi nəticəsi olmayacaq. Moskva Lukaşenkonun “öpüşlərinin” əvəzini hansısa real, maddi pulla ödəmək fikrində deyil. Yəni, məndə belə bir hiss var ki, Kreml son vaxtlar açıq-aşkar “prikola” tutur, Lukaşenkonun daha nələrə qadir olduğunu, hansısa qəpik qoparmaq üçün özünü başqa necə alçaldacağını izləyir”.(AYNA)

Rauf Orucov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam