Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

"Heç bir kənar qüvvə Azərbaycana öz iradəsini diqtə edə bilmir"

 

"Bu gün müstəqil Azərbaycan uğurla, inamla inkişaf edir. Biz böyük uğurlara imza atmışıq. Ancaq bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdən ibarətdir. Mən əminəm ki, güclənən Azərbaycan buna da nail olacaq. Bizim milli bayrağımız Şuşada, Xankəndidə qaldırılacaq. Hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü öz işi ilə yaxınlaşdırmalıdır".
"Xeberinfo.com":   Məlumata görə, bunu Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev Bakının Qaradağ rayonunun Puta qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və "N" saylı hərbi hissənin açılışı mərasimindəki çıxışında deyib.
Dövlət başçısı əminliklə bildirib ki, Azərbaycan xalqı öz tarixi torpaqlarını geri qaytaracaq. Bu gün heç bir kənar qüvvənin Azərbaycana öz iradəsini diqtə edə bilmədiyini vurğulayan prezident Azərbaycanın öz yolu ilə getdiyini, xalqımızın öz taleyinin sahibi olduğunu deyib. Təmas xəttindəki vəziyyətdən danışan Ali Baş Komandan burada da Azərbaycan ordusunun tam üstünlük əldə etdiyini xatırladıb.
"Müstəqillik bizim ən böyük sərvətimizdir" deyən dövlət başçısı Azərbaycanın bütün uğurlarının əsasında məhz bu amilin dayandığını qeyd edib.
İ.Əliyev həmçinin vurğulayıb ki, son illər ərzində Azərbaycan öz hərbi potensialını böyük dərəcədə artıra bilib: "Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilir. Bu gün maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu gün əldə etdiyimiz silah və texnika bizə imkan verir ki, istənilən vəzifəni biz şərəflə yerinə yetirək".
"Təxminən 10 il bundan əvvəl mənim qərarımla Azərbaycanda hərbi sənaye kompleksi yaradılmağa başlamışdı. Bu gün Azərbaycanda 1000-ə yaxın adda hərbi təyinatlı məhsul istehsal edilir və bu da ordumuzun təchizatı üçün əvəzolunmaz hal olub", - dövlət başçısı bildirib.
AzərTac

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam