AXCP daxilində yaranan gərginlik səngimək bilmir
Ağaşirin Tanrıverdioğlu: “Əli Kərimli mənə dedi ki, nə edirsən-et, lap hakimiyyətlə işbirliyinə get, mənə 6%-lik baryeri keçən nəticə gətir”
"Xeberinfo.com": Bir-birinin ardınca rəhbərlikdən narazı üzvlərin qurumdan qovulmaları gərginliyi pik nöqtəyə çatdırıb. Artıq bu prosesə rəhbər şəxslər də qoşulub. Mətbuat və sosial şəbəkələrdə ittihamlar yağışı yağır.
Xüsusilə, Nərimanov şöbəsindən təşkilati məsələlər üzrə şöbə müdiri Ağaşirin Tanrıverdioğlunun partiyadan qovulması qurum daxilindəki narazılıqları daha da artırdı. Sabiq şöbə müdirinin mətbuatda AXCP rəhbərliyinin ünvanına ağır ittihamlar səsləndirməsi rəhbər şəxsləri hərəkətə gətirib.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı sosial şəbəkədə A.Tanrıverdioğlunu aşağılayan status yazaraq, onu hakimiyyətə işləməkdə suçlayıb. Hətta sabiq şöbə müdirini hakimiyyətin “dovşan”ı adlandırıb.
Barəsində səslənən ittiham, təhqirlərə A.Tanrıverdioğlu sərt cavab verdi: “Mən partiyadan qovulandan sonra Əli Kərimlinin “qulubeçələri” profilimi də oğurladılar. Buna görə də, sosial şəbəkələrə çox daxil ola bilmirəm. Dostlardan biri xəbər verdi ki, Fuad Qəhrəmanlı səni hakimiyyətə işləməkdə ittiham edib. Statusda utanmaz-utanmaz deyib ki, guya mən hakimiyyətin “dovşanı”yam. Buradan Fuad bəyə səslənirəm ki, azından həyat tərzimi bilirsən. Sən, məni hakimiyyətə işləməkdə ittiham edərkən, dediyin sözlərdən utanırsan? Özün dəbdəbəli villada qalıb, bahalı maşınlarda gəzirsən. Amma yol pulu tapmayan Ağaşirin haqqında bu cür şərəfsizcəsinə sözlər işlədirsən. Status guya “Qurdlar vadisi” filmi üzərində qurulub. Demək bu bədbəxt politoloq deyilmiş, səhərdən axşama qədər filmlərə baxır. Başı o qədər yeyilib ki, elə bilir Əli Kərimli Polad Ələmdardır.
“Fuad, sən Naxçıvan xanının sadiq “dovşanısan”
Bunun xisləti budur. Üzümü ona tutub deyirəm ki, bu gün əqidədaşların dəmir barmaqlıqlar arxasındadır. Amma, sən ən bahalı istirahət mərkəzlərində nazirlər kimi kef çəkirsən. Bu zaman Asif Yusiflini yadına salıb, heç xəcalət hissi keçirirsən? Gözəl Bayramlı Şəkidə məmur arvadları kimi istirahət edəndə Seymur Həzini xatırlayıb, utandı? Pərviz Həşimliyə 6 aydır yardım göstərilmir. Amma Kərimlinin oğlu Londonda villada yaşayır. Kimisə utanmadan hakimiyyətə işləməkdə ittiham edirlər. Fuad bəy, mənə “dovşan” deyəndə bir şey yadıma düşdü. Kərimli səni nə qədər özünə sadiq qul hesab edirsə-etsin, sən Naxçıvan xanının sadiq “dovşanısan”. Dünən də, bu gün də. Bu hakimiyyət nə qədər ki, rəhbərlikdədir, sən onların “dovşanı” olaraq qalacaqsan”.
Sabiq şöbə müdiri AXCP sədrinin yalnız özünə cavab verməyə vaxtının olduğunu söylədi: “Kərimli, bu “qulbeçələri”nin qabağını al. Mübarizəm səninlədir. Səviyyəmi endirib, sənin “zombi”lərinə cavab verəsi deyiləm. Ona görə ki, bu oyunların başında birbaşa sən durursan. Mən və üç gənc çıxarılanda, şöbənin sədri Hacı Abbaslı əlini Qurana basıb ki, Kərimlinin bundan xəbəri olmayıb. Amma yaxınlarda bir hüzr məclisində dostları onu danlayıblar. Deyib ki, məni qızartmayın, tapşırıq “Şaka”dan (Əli Kərimli) gəlib”.
“Yayın isti vaxtında adlarını demokrat qoyan AXCP rəhbərliyi öz ailələri ilə birlikdə istirahət mərkəzlərinə kef edirlər. Amma içəridəki AXCP məhbusları nisyə siqaret çəkirlər”
Ağaşirin Tanrıverdioğlu AXCP sədrinin tapşırığı ilə 2000-ci ildə hakimiyyətlə işbirliyinə getməsinin səbəblərindən də danışdı: “2000-cu ildə Zəngilan-Qubadlı dairəsindən nümayəndə olmuşam. Həmin vaxt hazırda Kərimlinin yanında gəzən MTN mayoru Kərim Mehdiyev də nümayəndə idi. Yəqin indi polkovnik olar. Həmin vaxt Əliməmməd Nuriyev məni Kərimlinin kabinetinə çağırdı. O, mənə dedi ki, nə edirsən-et, lap hakimiyyətlə işbirliyinə get, mənə 6%-lik baryeri keçən nəticə gətir. Ona görə də, müsahibələrimdə bildirirəm ki, kim hakimiyyətə işləyirsə, Kərimli özü təşkil edir. O vaxt məni də məcbur etdi. Nəticədə dairə rəhbərliyi ilə əlaqə girdim. Sonda deputat oldun. Bunun nəticəsində dənizdə gəmi aldın, mebel sexi açdın, villa aldın. Bunun hamısını sənə zamanla hissə-hissə sübut edəcəm. 10 illik deputatlığın dövründə yalnız özünə çalışdın”.
Sabiq şöbə müdiri Fuad Qəhrəmanlının statusunda rəy yazan AXCP-çi Təzəxan Mirələmliyə də cavab verdi: “Yazdığı rəydə o, məni alkaş olmaqda ittiham edib. Onun təfəkkürünə bələdəm. Xəstə insandır. Təzəxan unutma ki, axşama qədər “topaz”lardasan. Heç nədən xəbərin yoxdur. Əlinə keçən pulu “topaz”a atırsan. Hətta bir dəfə sənin sadiq dostun Məmməd İbrahim, sənə kömək etmək istəyən bir xanıma yazdı ki, lazım deyil, onsuzda şota atacaq. El arasında sən Təzəxan yox, “Topazxan” kimi tanınırsan”.
“Məmməd İbrahim adlı müşavirin var. Partiyada şiə-sünni söhbəti aparmaqla, insanlar arasına nifaq salır”
A.Tanrıverdioğlu tezliklə siyasi məhbus ailələrinin AXCP rəhbərliyinin üzərinə qalxacağını da qeyd etdi: “Yayın isti vaxtında adlarını demokrat qoyan AXCP rəhbərliyi öz ailələri ilə birlikdə istirahət mərkəzlərinə kef edirlər. Amma içəridəki AXCP məhbusları nisyə siqaret çəkirlər. Bu barədə məndə dəqiq məlumat var. Bunların valideynləri Kərimlinin üzərinə qalxacaqlar ki, sənin oğlun Londonda öz kommersiyasını qurmaqla məşğuldur, amma övladlarımızın həyatları məhv olur. Qəzetə şəkil qoymaqla öz dividentini artırırsan. Məhbusların olması ilə bağlı. Kərimli, bir məhbusun yanına həftədə hər cür ərzaqla bir dəfə gedilir, amma elə məhbus var ki, aylardır xəbərin yoxdur.
Deməli sənin qanında demokratiya yox, regionçuluq prinsipi var. Məmməd İbrahim adlı müşavirin var. Partiyada şiə-sünni söhbəti aparmaqla, insanlar arasına nifaq salır. Kərimlinin kadrları bunlardan ibarətdir. Bununla hakimiyyətə gəlmək istəyir. Görün partiya nə günə qalıb ki, savadsız ticarətçi Məmməd İbrahim Kərimlinin müşaviridir. Pərdə arxasında yüz oyundan çıxırlar. Bir qrup fərari gənci ətraflarına yığıblar. Sənin demokratiya anlayışın yoxdur Əli bəy”.(musavat)