Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

PUTİN QONDARMA QURUMLARIN TANINMASI KARTINI İŞƏ SALIR -Duma Prezidentdən “dnr” və “lnr”-in tanınmasını istəyəcək

Ukrayna məsələsində Rusiya-ABŞ qarşıdurmasının pik həddə yaxınlaşdığı vaxtda Rusiya Dövlət Duması vəziyyəti daha da gərginləşdirəcək addım atmağa hazırlaşır.

Yenixeber.org: Rusiya mətbuatı xəbər verir ki, Dumanın sədri Vyaçeslav Volodin iki gün öncə Kommunist Partiyasının irəli sürdüyü təklifin parlamentdə müzakirə olunmasını məqsədəuyğun hesab etdiyini bildirib.

Söhbət Rusiya Kommunist Partiyasının Ukraynanın işğal olunmuş ərazilərindəki qondarma “dnr” və “lnr”-in “müstəqilliyinin” tanınması üçün Prezident Vladimir Putinə müraciət edilməsi təklifindən gedir: “Biz Prezident Zelenski tərəfindən Minsk razılaşmasına məhəl qoyulmadığını görürük. NATO Ukraynanı işğal etmək istəyir. Biz buna yol verməli deyilik. Tamamilə aydındır ki, "dnr" və "lnr"-dəki vətəndaşlarımızın və həmvətənlərimizin təhlükəsizliyini təmin etməyin yollarını axtarmalıyıq.” Volodin qeyd edib ki, Dumada qondarma qurumların tanınmasıyla bağlı qanun layihəsinə baxılması “çox vacib və məsuliyyətli” məsələdir. Duma sədri deyib ki, gələn həftə bu məsələni parlamentdəki fraksiya rəhbərlərilə müzakirə etməyi düşünür.

Maraqlıdır ki, Vladimir Putinin sözçüsü Dmitri Peskovun Dumanın bu təşəbbüsünə münasibəti birmənalı olmayıb. Peskov Kommunist Partiyasını nəzərdə tutaraq, “belə incə məsələlərdə siyasi xal qazanmağın doğru olmadığını” deyib. Peskov əlavə edib ki, Kreml indiki gərgin durumda situasiyanı daha da gərginləşdirəcək addımlardan yayınmağın məqsədəuyğun olduğunu düşünür.

 

Lakin hər kəsə məlumdur ki, Dumada bu məsələ Kremlin razılığı olmadan qaldırıla bilməzdi və parlament sədri də onun müzakirəsinə hazırlaşdıqlarını bildirməzdi. Rusiya artıq oxşar ssenarini Gürcüstanın işğal olunmuş Abxaziya və Şimali Osetiya bölgələrində tətbiq edib və onların “müstəqilliyini” tanıyıb. Yəni ki, rusların “sülhməramlı missiya”, yaxud “yerli rusdilli əhalinin və Rusiya vətəndaşlarının müdafiəsi” adı altında girdikləri ərazilərin sonradan “müstəqilliyini” tanıması və orada birdəfəlik məskunlaşması praktikası artıq mövcuddur.

Görünür, Rusiyanın ABŞ-dan və NATO-dan istədiklərini ala bilməyəcəyi təqdirdə, Ukraynaya müdaxilə etmək və bunu “qanuniləşdirmək” üçün qondarma “dnr” və “lnr”-in tanınması kartından istifadə edilməsi planlaşdırılır. Bu isə bir daha rus ordusunun ayağı dəyən yerdə necə böyük problem və təhdidlərin yarandığını bir daha təsdiqləmiş olur... “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam