Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Hakimiyyət fərqli imic qazana bilərdi”

 

Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı Brüssel səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib

"Xeberinfo.com":  Məlumata görə, A. Hacılı bildirib ki, Avropa Şərq Tərəfdalığı perspektivi mövzusunda keçirilən bu tədbirdə bu proqrama daxil olan 6 ölkənin nümayəndələri iştirak edib: 
“Mən çıxışlarımda ölkədəki siyasi vəziyyət, siyasi məhbuslarla bağlı vəziyyət, Qarabağ probleminin həlli yolları barədə ətraflı məlumat verdim. Azərbaycandan yalnız Müsavat Partiyası tədbirdə təmsil olunurdu. Eyni zamanda Müsavat Partiyasının bir sıra partiyalarla əməkdaşlıq müttəfiq münasibətlərinin qurulması üçün müzakirələr apardıq. 
Səfərimizin uğurlu olduğunu hesab edirəm. Orada edilən məruzələrdə Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının işğal altında olması birmənalı olaraq qəbul edilmirdi. Mən isə çıxışımda bildirdim ki, bu Luqans, Donetsk kimi münaqişələrlə eyni mahiyyət daşıyır və Rusiya tərəfindən törədilib. Hazırda Ermənistanın Rusiyaya açıq şəkildə meyillənməsi, Avrasiya ittifaqına qoşulmasından Azərbaycan hakimiyyəti öz mənafeləri naminə faydalana bilər. Ermənistanın Rusiya ilə hərəkət etdiyi dünya ictimaiyyətinə çatdırılmalıdır. 
Biz bu Avropa Oyunlarından turist axınına görə gəlir əldə edə bilərdik. Amma bütün idmançıların xərcləri hakimiyyət tərəfindən ödənilib. Avropa Oyunları kontekstində ölkənin nüfuzuna zərər vurdu. Bu dövrdə hakimiyyət siyasi məhbusları azad etməklə daha fərqli imic qazana bilərdi. Hesab edirəm ki, hələ gec deyil. Qarşıdan ordu günü gəlir , siyasi məhbusların əfv edilməsi mümkündür. Belə olan halda, aparıcı mətbuat orqanlarında bu mövzu işıqlanacaq”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam