Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“YAP-a yenə də ciddi rəqib olmayacaq”

 

“Qəti şəkildə söyləmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının ( YAP) seçkilərə hazırlığı hər zaman olduğu kimi indi də yüksək səviyyədədir. Bizim qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün gücümüz və imkanlarımız yetərincədir. Ən əsası bizim təşkilati şəbəkəmiz, insani, maddi, texniki, siyasi resurslarımız istənilən anda seçki relsinə keçməyə imkan verir”

"Xeberinfo.com":  Məlumata görə, bu fikirləri Milli Məclisin sədr müavini Bahar Muradova deyib. 
B. Muradova hesab edir ki, bir ay bundan sonra seçki keçirilməli olsa belə, YAP buna hazırdır: “Bildiyimiz kimi, bu yaxınlarda partiyanın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib, yerli strukturlara konkret tövsiyə və tapşırıqlar verilib. Bütün işlər qanunvericilik çərçivəsində həyata keçiriləcək. Beləliklə, yerli strukturlarımız öz işlərini bilirlər. Çünki YAP-ın bütün yerli strukturları sanballı təcrübəyə malikdir. Beynəlxalq seçki texnologiyalarını mənimsəmiş kadr potensialı var. Müşahidəçilərimizdən tutmuş, seçki komissiyalarının üzvləri, təbliğatçılar baxımından potensialımız böyükdür, eləcə də, daim insanların maraqlarını ifadə edən şüarlarla çıxış edirik.
Bir sözlə,bizim seçki ilə bağlı narahatçılığımız yoxdur. Rəsmi start veriləndən sonra seçki kampaniyasını yüksək səviyyədə həyata keçirəcəyik. İnanıram ki, partiyamız qarşıdan gələn parlament seçkilərində yüksək nəticələr əldə edəcək. Hesab edirəm ki, YAP növbəti beş il üçün də xalqdan, seçicilərdən çoxsaylı mandat alacaq. Və bu mandatımızla ölkə miqyasında həyata keçirilən siyasətə öz dəstəyimizi verəcəyik, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu ilə irəli aparacağıq”, – Vitse-spiker əlavə edib. 
B. Muradova vurğulayıb ki, YAP bu seçkilərdə də bir daha güclü siyasi təşkilat olduğunu sübut edəcək: “Beləliklə, yeni seçki texnologiyaları tətbiq etməklə Azərbaycanın seçki təcrübəsini bir qədər də zənginləşdirəcəyik. Bu seçkilərdə digər siyasi partiyalardan hansılarının iştirak edəcəyini zaman göstərəcək, amma indidən deyə bilərəm ki, Azərbaycanın siyasi mühitində YAP-a yenə də ciddi rəqib olmayacaq”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam