Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

NATO Polşada yeni baza yaratmağa hazırlaşır –2,3 milyardlıq proqramın bir hissəsi…

stoltenberq

Xarici KİV-in məlumatına görə, NATO-nun Baş katibi Polşada hərbi anbar tikintisi üçün 260 milyon dolların festisiya yatırmağa razılıqverib. Anbar Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi kontingentinin Şərqi Avropada keçirəcəyi əməliyyatlara dəstək üçün əsas rolunu oynamalıdır.

Yenixeber.org: Bu barədə NATO ölkələri xarici işlər nazirlərinin Vaşinqtonda gözlənilən görüşü ərəfəsində alyansın başçısı Yens Stoltenberq bəyan edib. Onun sözlərinə görə, hərbi ittifaq həm də Rusiyanın aqressiv fəaliyyətinə qarşı durmaq üçün Qara dənizdə öz iştirakını genişləndirməyi planlaşdırır.

Polşanın Povidz şəhəri rayonunda hərbi texnika və sursat anbarının tikintisinə 260 milyon dollar investisiya yatırılacağı barədə Yens Stoltenberq bazar ertəsi danışıb. «Bu məbləğ hərbi texnikanın saxlanması və onu əvvəlcədən yerləşdirmək üçün anbar yaratmağa imkan verəcək ki, Avropada əlavə hərbi hissələr daha tez yerləşdirilə bilsin» – deyə, Stoltenberq bəyan edib.

NATO-nun Brüsseldəki mənzil-qərargahında bildiriblər ki, bazanın tikintisinə yayda başlanacaq və buna iki il vaxt lazım gələcək. Layihə NATO qüvvələrinin Rusiya sərhədlərində iştirakının genişləndirilməsi proqramının bir hissəsi olacaq. Proqram 2,3 milyard dollar həcmində qiymətlənirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam