Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Qara dənizdə Rusiya təhlükəsi

 

NATO-nun Varşavada keçiriləcək sammitinə iki ay qalmış alyans üzvləri Rusiyanın Qara dənizdə hərbi gücünü artırmasından narahat olmağa başlayıblar. 

Xeberinfo.com:   Bu haqda “Financial Times” qəzet yazıb. Qəzet Türkiyə prezidenti Ərdoğandan sitat gətirərək deyir:

“Mən ona (sabiq NATO baş katibi Yens Stoltenberq) dedim ki, Qara dənizdə varlığınız bilinmir. Dəniz demək olar ki, rus gölünə çevrilib. Biz indi qarşılıq verməsək, tarix bizi bağışlamayacaq”. 

Ərdoğan bu sözləri Balkan ölkələrinin baş qərargah rəislərinin İstanbulda keçirilən görüşü zamanı deyib. 

“Financial Times” qeyd edir ki, NATO-nin hərbi komitəsi xeyli müddətdir ki, alyans rəhbərliyinə Rusiya dəniz strategiyası və manevrlərinin təhlükəsini anlatmağa çalışır. Komitənin fikrinə görə, Rusiya Qara dənizdə həddini aşan səviyyədə hərbi güc formalaşdırmağa çalışır. Bununla Moskva şimal alyansı öz sərhədlərində manevr imkanından məhrum edə bilər. 

Qanadlı “Kalibr” raketləri ilə silahlanmış gəmilərin yerləşdirilməsi rusların Qara dəniz strategiyasının əsasını təşkil edir.

“Qara dəniz çox zəif qorunur. Rusiya “soyuq müharibə” dövründə oynadığı oyuna geri qayıdır. Məsələnin məğzi Qara dənizi “rus gölü”nə çevirməkdir” - “Rusi” beynəlxalq analitik mərkəzinin direktoru Conatan Eyyal belə hesab edir.

Daha əvvəl NATO-nun Qara dənizdə mövqelərini gücəndirməsi barədə Ukrayna prezidenti Pyotr Poroşenko təkid etmişdi. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam