Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Azərbaycanla Avropa arasında fundamental münasibətlər normaldır”

 

“Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan kampaniya müvəqqəti xarakter daşıyır”.

 

"Xeberinfo.com":  Məlumata görə, bunu Publika.az-a açıqlamasında Azərbaycan Prezidentinin səlahiyyətlərinin sabiq icraçısı (28 fevral 1992-15 may 1992), eks-spiker Yaqub Məmmədov bildirib.

 

Onun sözlərinə görə, bu cür hallar müəyyən dövrlərdə baş verir və daha sonra keçib gedir. Y.Məmmədov deyib ki, Azərbaycanda ilk Avropa Oyunlarının keçirilməsini istəyənlərlə yanaşı, istəməyənlər də var: “Bu oyunlara paxıllıq edənlər və gözü götürməyənlər də çoxdur. Hər kəs Azərbaycanı dostu deyil ki. Dostumuz da var, düşmənimiz də. Dostlar sevinir, düşmənlər də bu cür paxıllıq edirlər”.

 

Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinə də toxunan Y.Məmmədov ikitərəfli münasibətlərin normal olduğunu söyləyib: “Mənə elə gəlir ki, Azərbaycanla Avropanın münasibətlərinin pis olması ilə bağlı məsələni o qədər də şişirtməyə ehtiyac yoxdur. Çünki aramızda belə bir problem yoxdur. Səslənən fikirlər və bəyanatlar da Avropanın rəsmi mövqeyi deyil və müvəqqəti xarakter daşıyır. Avropada hansısa təşkilat, jurnalist və ya deputat Azərbaycanla bağlı nə isə deyirsə, buna əhəmiyyət vermək lazım deyil. Bunlar boş söhbətlərdir. Azərbaycanla Avropa arasında fundamental münasibətlər normaldır”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam