Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Azərbaycan pisdirsə, Avropa Bakıya niyə idmançı göndərir?”

 

“Əgər Azərbaycan pis ölkə olsaydı, o zaman Avropa “Bakı 2015” Avropa Oyunlarına o qədər idmançı göndərməzdi”.

 

"Xeberinfo.com":  Məlumata görə, bunu Publika.az-a eksklüziv açıqlamasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi, sabiq millət vəkili Asəf Hacıyev bildirib.

 

Baş katibin sözlərinə görə, Azərbaycan əleyhinə kampaniya aparanlar hər zaman olub və indi də var. A.Hacıyev deyib ki, sözügedən qüvvələrin nə yazması və deməsinə fikir vermək lazım deyil: “Onların nə deməsindən asılı olmayaraq, Azərbaycanda görülən işlər, ölkədəki real vəziyyət göz qabağındadır. Elə həmin Avropa ölkələri Azərbaycana idmançı göndərəcəklər. Ona görə də bəzi avropalı şəxslərin haradasa Azərbaycan əleyhinə məqalə yazması və çıxış etməsi boş və əhəmiyyətsizdir. Həmin şəxslər öz çıxışlarında iddia edirlər ki, guya filan Avropa ölkəsinin Azərbaycana qarşı münasibəti yaxşı deyil və sairə. Bu, qətiyyən doğru deyil. Əgər onların dediyi kimi, Avropanın Azərbaycana münasibəti pis olsaydı, o zaman Bakıya idmançılarını göndərməzdilər. Yaxşı yadımdadır, 1980-ci ildə Moskvada olimpiya oyunları keçiriləndə Qərb dövlətləri onu boykot etmişdi. Ancaq indi Avropada kimlərsə “Bakı 2015” Avropa Oyunlarının keçirilməsini tənqid edirsə, digər tərəfdən də Avropa ölkələri öz idmançılarını Azərbaycana göndərməyə hazırlaşır. Hətta digər idman yarışlarından daha çox idmançı göndərirlər. Bütün bunlara görə də hesab edirəm ki, hər hansı Avropa ölkələrində Azərbaycanla bağlı tənqidi fikirlərə və məqalələrə əhəmiyyət vermək lazım deyil. İnşallah Azərbaycan  Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək və xaricilər də ölkəmizə gəlib yaxşı əhval-ruhiyyə ilə geri dönəcəklər. Vaxtilə Bakıda “Eurovision” yarışması da keçiriləndə bəzi adamlar və dairələr buna qarşı çıxırdı. Amma nəticəsi nə oldu? Azərbaycan “Eurovision” yarışmasına da yüksək səviyyədə ev sahibliyi etdi və bütün dünya ölkəmizi tanıdı. İnşallah, Avropa Oyunları zamanı da Azərbaycanımız yüksək səviyyədə dünyada tanınacaq. Çünki dünyada ilk dəfədir ki, əhali baxımdan bu qədər kiçik olan ölkədə olimpiya oyunları səviyyəsində bir idman yarışı keçirilir”.

 

Hazırda İstanbulda çalışdığını vurğulayan A.Hacıyev qeyd edib ki, Türkiyədə indiyədək “Bakı 2015” Avropa Oyunları ilə bağlı bir dəfə də mənfi fikrə rast gəlinməyib: “Mən bir daha təkrar edirəm ki, Bakı 2015 Avropa Oyunları ilə bağlı hər bir azərbaycanlı qürur hissi keçirməlidir. Bu, ölkəmizi dünyada tanıdacaq tədbirdir. Bu tədbirin əhəmiyyəti çox böyükdür və Azərbaycan bununla idman tarixinə düşəcək”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam