Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rəisi Azərbaycan və Türkiyə ilə əlaqələrin İran üçün əhəmiyyət daşıdığını -Çavuşoğlunun diqqətinə çatdırıb

Mövlud Çavuşoğlu, İbrahim Rəisi

 

“İran İslam Respublikasının Azərbaycan və Türkiyə ilə əlaqələri qonşuluq əlaqələrindən daha artıqdır. Bu əlaqələrin dərin bağları, qədim dini və mədəni kökləri var”.

Yenixeber.org: Bunu İran Prezidenti İbrahim Rəisi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən deyib.

İ. Rəisi deyib ki, İran və Türkiyə arasında əlaqələrin inkişafı, xüsusən ticarət və iqtisadi sahədə əlaqələrin inkişafı hər iki ölkənin xalqlarının xeyrinədir: “İran və Türkiyə əməkdaşlığın inkişaf etdirilməsi üçün yol xəritəsini tamamlamaqla əlaqələri bütün sahələrdə hərtərəfli inkişaf etdirməlidir”.

İran Prezidenti qeyd edib ki, iki qonşu ölkə arasında yaxın əlaqələrin olması regionda sülh və sabitliyin də xeyrinədir: “Regional əməkdaşlıqlar beynəlxalq səviyyədə əməkdaşlığa qaldırılmalıdır. Hər iki ölkənin önəmli yerini nəzərə alsaq, bu kimi əməkdaşlıqlar dünyadakı proseslərə təsir edə bilər”.

İ. Rəisi İranın terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə Ankara ilə əməkdaşlığı artırmağa hazır olduğunu bəyan edib.

İran prezidenti Cənubi Qafqaz ölkələri ilə ticarət əlaqələrinin inkişaf etdirilməsindən və bölgədəki sabitlikdən də danışıb: “İran İslam Respublikasının Azərbaycan və Türkiyə ilə münasibətləri qonşuluq əlaqələrindən daha artıqdır. Bu əlaqələrin dərin bağları, qədim dini və mədəni kökləri var”.

M. Çavuşoğlu ölkəsinin İranla əməkdaşlığı yüksəltməkdə maraqlı olduğunu bildirib.

“Türkiyə Tehranla əməkdaşlığı daha da artırmaqda qətiyyətlidir”, - Türkiyə XİN rəhbəri vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam