Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Vaşinqton Cənubi Qafqazda Rusiyanı sıxışdıra biləcəkmi? -Rusiya və Türkiyə eyni mövqedən çıxış edir...

ABŞ Dövlət katibinin köməkçisinin Cənubi Qafqaz, regional münaqişələr və Cənubi Avropa üzrə müavini Erika Olsonun bölgəyə səfəri Ermənistandan başlayıb. Amerikalı diplomat Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdə bölgədə təhlükəsizlik məsələləri barəsində fikir mübadiləsi aparıb, Qarabağdakı humanitar vəziyyəti müzakirə edib.

Yenixeber.org: Amerikalı diplomat Ermənistana səfəri çərçivəsində ABŞ-ın Cənubi Qafqazdakı diplomatik missiyasının rəhbərlərinin iştirakı ilə İrəvanda iclas keçirəcək. İclasa ABŞ-ın Ermənistandakı səfiri Lin M.Treysi, ABŞ-ın Gürcüstandakı səfiri Kelli C. Deqnan, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, amerikalı həmsədr Endryu Şofer və USAİD-ın Vaşinqton ofisinin direktorunun müavini Aleksandr Sokolovski də qatılacaqlar. Bundan sonra Erika Olson Azərbaycana və Gürcüstana səfər edəcək.

Sual olunur: Əgər amerikalı diplomat Gürcüstana və Azərbaycana da səfər edəcəksə, bu ölkələrdəki səfirləri niyə İrəvana çağırıb? Axı onlarla Tbilisidə və Bakıda ayrılıqda görüşərək fikir mübadiləsi aparmaq imkanı olacaq. Bu nə mövzu və ya mövzulardır ki, onları məhz İrəvanda birgə müzakirəyə ehtiyac var? Adətən amerikalı diplomatlar mərkəz kimi Tbilisidən istifadə edərdilər. İndi isə İrəvanı seçiblər.

Görüşdə amerikalı həmsədr Endryu Şoferin iştirakı da maraqlıdır. Görünür, Dövlət Departamenti bununla demək istəyir ki, Vaşinqton Minsk Qrupunun yenidən fəaliyyətə başlamasında maraqlıdır. Ermənistan da bunu istəyir. Minsk Qrupu danışıqlara yenilik gətirməyəcəksə, rəsmi Bakı bu fəaliyyətdə maraqlı olmayacaq. İşğaldan əvvəl Ermənistan danışıqları uzadır və Minsk Qrupunun fəaliyyəti nəticə vermirdi. İndi isə əksinə, həmsədrlərin fəaliyyətində maraqlı olan Ermənistan danışıqları canlandırmağa çalışır. Bu dəfə isə Azərbaycana bu gərəkli deyil.

Amerikalı diplomatların İrəvanda toplaşmasının Dövlət Departamenti üçün simvolik əhəmiyyəti var. Bununla Vaşinqton Moskvaya mesaj göndərir ki, Ermənistan Rusiyadan asılı dövlət olsa da, ABŞ bu asılılığı zəiflətmək üçün əlindəki imkanlarından yararlanmaqda davam edəcək. Təsadüfi deyil ki, vaxtilə ABŞ keçmiş SSRİ məkanında həm miqyasına, həm də işçi heyətinə görə ən böyük səfirliyini Ermənistanda təsis edib.

Buna baxmayaraq, ABŞ-ın Cənubi Qafqazdakı və Ermənistandakı mövqeləri İkinci Qarabağ müharibəsindən sonra daha da zəifləyib. Bölgəyə təsir edəcək iki ölkə - Rusiya və Türkiyə var. Vaşinqtonun üçüncü oyunçu olmaq cəhdləri nəticə verməyəcək. Çünki Vaşinqtonla münasibətlərində gərginlikləri olan Moskva və Ankara Amerikanın Cənubi Qafqazda mövqelərinin möhkəmlənməsinə imkan verməyəcəklər.

"Atlas" Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam