Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“70-dən çox dairədən namizədləri müəyyənləşdirmişik”

 

“Müsavat Partiyası təkliflərini iqtidar-müxalifət görüşünün cari məsələlər bölümündə qaldıra bilməz”.  
 
"Xeberinfo.com":  Məlumata görə, bunu APA-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib. O bildirib ki, partiya Azərbaycanda keçiriləcək parlament seçkilərinə ciddi şəkildə hazırlaşır: “Müsavat Partiyasının Məclisi ötən ilin sonunda parlament seçkilərinə hazırlıqla bağlı qərar qəbul edib. Partiyanın strukturları, eyni zamanda rayon təşkilatları bu seçkilərə hazırlıq işini həyata keçirir. Artıq 70-dən çox dairədən Müsavatdan namizəd olacaq şəxslərin adı müəyyənləşib və yəqin ki, Məclisin növbəti toplantılarının birində namizədlərin siyahısı dairələr üzrə təsdiq olunacaq. Eyni zamanda seçki kampaniyası ilə əlaqədar təşkilati-texniki işlərin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir. Bunun üçün müvafiq təlimatlar hazırlanaraq rayon təşkilatlarına çatdırılıb. Dairələr və məntəqələr üzrə çalışacaq adamların siyahıları müəyyənləşdirilib. Eyni zamanda biz ölkədə seçki islahatlarının aparılması üçün təklif və tələblərimizin həyata keçirilməsi istiqamətində mübarizəmizi davam etdirmək niyyətindəyik”.
 
A. Hacılı Müsavatın iqtidar-müxalifət görüşündə iştirakı üçün təkliflərini cari məsələlər bölümündə qaldırması ilə bağlı fikirlərə də münasibət bildirib: “Biz iqtidar-müxalifət görüşü üçün təkliflərimizi ən önəmli məsələlər hesab edirik, ona görə də bu təkliflər cari məsələlər kimi müzakirə oluna bilməz”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam