Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

“Bu, yalnız dövlət deyil, həm də xalq bayramıdır”-18 oktyabra ikili baxış

                Prezident təmtərağa ehtiyac görmür, bəs cəmiyyət nə düşünür?

Yenixeber.org: Oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin bərpasından 30 il keçir. Bu tarixi  gün hazırda dövlət səviyyəsində qeyd edilmir, amma iş günü sayılan bayram günüdür. 

Milli Məclisin payız sessiyasının ilk iclaslarında Prezident İlham Əliyevin imzası ilə daxil olmuş “Müstəqillik Günü haqqında” qanun layihəsi müzakirə edilərək, qəbul olunub. Qanun layihəsinə əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunub.

Xatırladaq ki, 30 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Həmin il oktyabrın 8-də növbədənkənar sessiya bu məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxlayıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilib.

Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin  hüquqi varisidir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb. Əhalinin 95 faizi bu referendumda iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

Hərçənd, bundan 9 ay öncə Azərbaycanda da SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilmişdi. Yerli hakimiyyətin iddiasına görə, səsverməyə qatılanların çoxu SSRİ-nin saxlanmasına səs vermişdi. Həmin referendumu müxalifət qüvvəsi- Azərbaycan Xalq Cəbhəsi boykot etmişdi. Bu təşkilat referendumun nəticələrinin saxtalaşdırıldığını açıqlamışdı.

Prezident İlham Əliyev oktyabrın 18-də işğaldan azad edilmiş Füzulu şəhərinin təməlqoyma mərasimindən sonra rayon sakinləri qarşısında çıxışında deyib ki, 18 oktyabr gününü böyük təmtəraqla qeyd etmək, yaxud da ki, kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir.

Dövlət başçısı bunun səbəbini belə izah edib: “Sovet İttifaqı dağılırdı, Rusiya Federasiyası özü dövlət suverenliyi haqqında Konstitusiya Aktını bizdən qabaq qəbul etmişdi. Rusiya çıxdı, Ukrayna çıxdı, bütün Qafqaz respublikaları çıxdı. Azərbaycan rəhbərliyi nəyi gözləyirdi, kimi gözləyirdi? Bilirsiniz, ona görə, bu tarixi bilmədən düzgün təsəvvür formalaşdırmaq çətindir”.

İ.Əliyev daha sonra bildirib ki, 1991-ci ilin yazında Sovet İttifaqının saxlanmasına dair referendumda o vaxtkı Azərbaycan rəhbərliyi xalqın iradəsinə zidd olaraq o referendumun nəticələrini saxtalaşdırıb, Sovet İttifaqının saxlanmasına səs verildiyini elan edib.

“Ancaq Heydər Əliyev qoymadı ki, Naxçıvanda bu referendum keçirilsin. İndi baxın, müstəqilliyə aparan addımlar hansılardır? Müstəqilliyə aparan yollar haradan keçib?”, – deyə ölkə başçısı vurğulayıb.

Qeyd edək ki, Müstəqilliyin Bərpası Günü ilə bağlı ölkədə dövlət səviyyəsində tədbirlər keçirilməsə də əksər dünya dövlətlərinin liderlərindən Azərbaycan xalqına təbrik mesajları ünvanlanıb. Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp isə yaydığı bayram təbrikini Azərbaycan dilində çatdırıb. 

Bayramla bağlı paylaşımlar dünən axşamdan etibarən sosial şəbəkələrin əsas trendi olub. Əksər fəallar dövlət rəmizlərini, Azərbaycanın tarixi şəsiyyətlərinin, habelə Xalq Hərəkatının forolarını paylaşaraq, bayramlaşıblar. 90-cı illərin Google axtarış sistemi isə ana səhifəsinə Azərbaycanın dövlət bayrağını paylaşıb.   

Prezidentin 18 oktyabr tarixi ilə bağlı söylədiyi fikirlər isə birmənalı qaşılanmayıb. Bunu haqlı sayanlar da tənqid edənlər də olub.

Tarix elmləri doktoru, Solmaz Tohidi-Rüstəmova bildirib ki, prezident o dövr kommunist rəhbərliyi haqqında dediyi fikirlərində tamamilə haqlıdır. “Ölkədə böyük proseslər gedirdi, erməni təcavüzünə məruz qalmış Azərbaycan xalqı bu proseslərin önündə idi, milyonlar meydana çıxmışdı, Mərkəzə-Moskvaya bu təzavüzü dəstəklədiyi üçün “Yox!” deyirdi, üçrəngli Cümhuriyyət bayrağını hələ 1988-ci ildə qaldırmışdı, 1990-91-ci illərdə Naxçıvanda Heydər Əliyevin rəhbərliyi ilə müstəqilliyə aparan işlər görülürdü. Bakıda demokratik qüvvələr Ali Sovetə təzyiqlər edir, müstəqilliklə bağlı sənədlərin qəbulu üçün israrlı və qətiyyət göstərirdi. Azərbaycan rəhbərliyi isə nəinki dövrün, heç öz xalqının bu çağırışlarına cavab verə bilmirdi. Odur ki, Azərbaycanın müstəqilliyinin bərpasından danışarkən hakimiyyət və xalq amillərinə bir-birindən ayrı baxılmalıdır”, – deyə tarixçi alim qeyd edib.

S. Tohidi vurğulayıb ki, Qarabağ uğrunda döyüşən, hər gün qurbanlar verən, 20 yanvar faciəsini Kreml və onun sahibinə açıq nifrətlə qarşılayan Azərbaycan xalqı müstəqillik haqqını öz qanı, canı, ictimai-siyasi fəallığı ilə qazanıb: “Odur ki, bu bayram yalnız dövlətçilik deyil, həm də xalq bayramıdır! Onun təmtəraqlamı, yaxud sakit qeyd edilməsi yəqin ki, bu bayrama hər kəsin öz münasibətindən asılıdır. Mühüm olanı Azərbaycanın müstəqilliyidir ! Daimi və əbədi olsun!”

Politoloq Rauf Mirəqdirov bildirib ki, ölkə rəhbərinin belə bir açıqlama verməsi yersizdir. “Dünya xalqları üçün müstəqillik günü anlayışı müqəddəsdir. Bir çox xalqlar var ki, belə bir günü qeyd etmək üçün uzun illərdir mübarizə aparırlar. Bir çoxları da bu günə qədər öz müstəqil dövlətlərini qura bilməyiblər. Təsəvvür edin, Ermənistanın, Gürcüstanın prezidentləri belə bir bəyanatla çıxış edib desinlər ki, müstəqillik uğurunda mübarizə aparan insanlara minnətdar olmaq lazım deyil. Nə deyim, dəyərləndirilməsi çox çətin bəyanatdır”, – deyə o vurğulayıb.

R. Mirqədirovun sözlərinə görə, İlham Əliyev 20 ilə yaxındır Azərbaycanın prezidenti olmasına baxmayaraq, hələ də müstəqillik uğrunda mübarizə aparan adamları opponent kimi görür: “Onların adı ilə bağlı Azərbaycan tarixində nə varsa, onları silməyə çalışır. Bəlkə də Azərbaycan yeganə ölkədir ki, hakimiyyət öz dövlət müstəqilliyinin bərpası gününü qeyd etmir. İlham Əliyev də bəlkə də yeganə prezidentdir ki, həmin günün əhəmiyyətini azaltmağa çalışır”.

Politoloq Elxan Şahinoğlu isə deyib ki, həm 28 may Cümhuriyyət, həm də 18 oktyabr Müstəqilliyin Bərpası Gününün Azərbaycan tarixində önəmli rolu var: “Ona görə də mən birini o birindən ayırmıram. Əlbəttə, Cümhuriyyət bayramını daha üstün qiymətləndirənlər də var, onlara da etiraz etmirəm. 18 oktyabr da vacib tarixi gündür, SSRİ öz-özünə dağılmadı, burada milli hərəkatların böyük rolu oldu. Azərbaycanda da milli hərəkat vardı və imperiyanın dağılmasına böyük töhfə verdi. Tək biz yox, başqa ölkələr də müstəqillik qazandılar. Ona görə də 28 may və 18 oktyabrın hər ikisi mənim üçün önəmli bayramlardır”.(pressklub)

Turqut 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam