Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Müsavat Milli Şuranın mitinqinə dəstək verməyəcək”

 

Müsavat Partiyasının Qadınlar Birliyinin yeni sədri təyin olunmayıb. 
"Xeberinfo.com":  Məlumata görə, Modern.az saytına danışan Müsavat Partiyasının başqan müavini Elman Fəttah bildirib ki, Qadınlar Birliyinə yeni sədr rəhbərlik tərəfindən seçilmir:
“Bu məsələ ilə partiyadakı xanımlar məşğul olur. Xanımlarımıza aid şura yığışıb partiyanın nizamnaməsinə uyğun olaraq qərar verəcək. Rəhbərlik olaraq biz onların işinə qarışmırıq.
Hazırda Suraxanı rayon təşkilatının yenidən yaradılması ilə bağlı iş gedir. Təşkilat komitəsi Suraxanı rayonunda ümumi yığıncağa hazırlaşır. Yəqin ki 1 ay ərzində komitə ümumi yığıncaqlarını keçirib təşkilata yeni sədr seçib, şuralarını formalaşdıracaqlar”.
Parlament seçkisində partiyadan kimlərin namizəd olacağı məsələsinə toxunan Elman Fəttah bildirib ki, iyul və ya avqust ayında namizədlərin kimliyi bilinəcək:
“70-dən çox şəxs partiyadan namizədliyini vermək üçün müraciət edib. Hazırda sənədlər toplanır. Həmin sənədlər iyul və ya avqust ayında partiyanın Məclisinə təqdim olunacaq. Məclis müəyyən edəcək ki, kimlər partiyadan namizəd olacaq.
Başqan Arif Hacılının isə seçkidə namizəd olub-olmayacağı avqust ayında müəyyənləşəcək”.
Başqan müavini əlavə edib ki, Müsavat Partiyası Milli Şuranın mayın 30-da keçirəcəyi
mitinqdə iştirak etməyəcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam