Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“İrandan “Fatihan Xeybər” təlimləri ilə Azərbaycana MESAJ: Açıq hərbi müdaxilə gözlənilirmi? -AÇIQLAMA

“İrandan “Fatihan Xeybər” təlimləri ilə Azərbaycana MESAJ: Açıq hərbi müdaxilə gözlənilirmi? – AÇIQLAMA

“İran Azərbaycan sərhədlərində başlayacaq hərbi təlimlərə “Fatihan Xeybər” (“Xeybər fatehləri”) adını verib.  629-cu ildə müsəlmanlarla yəhudilər arasında Xeybər savaşı baş verib və Mədinə yaxınlığındakı bu şəhər Əlinin xüsusi şücaət göstərdiyi müharibənin sonunda müsəlmanların nəzarətinə keçib. İran XİN-in “sərhədlərimizin yaxınlığında sionist rejiminin təzahürünə dözməyəcəyik” açıqlaması deməyə əsas verir ki, təlimin adı təsadüfi seçilməyib”.

Yenixeber.org: Bu fikirləri saytımıza açıqlamasında politoloq Şahin Cəfərli səsləndirib. Onun sözlərinə görə, şübhə yoxdur ki, bu hərbi manevrlər Azərbaycan Respublikasına xəbərdarlıq – mesaj xarakteri daşıyır və Bakıda ciddiyə alınmalıdır: “Açıq hərbi müdaxilə gözlənilməsə də, İranın özünə təhlükə kimi qiymətləndirdiyi hansısa obyektə lokal zərbə endirməsi ehtimalını da tam istisna etmək doğru olmaz. Bütün, o cümlədən nəzəri ehtimallar dövlət tərəfindən diqqətə alınmalıdır. Yaxın günlərdə Türkiyə prezidenti Ərdoğanın Füzuli hava limanının açılışına, yəni İran sərhədləri yaxınlığına gəlişi həm də Tehrana mesaj olacaq. Bu səfəri “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin 1-ci maddəsi çərçivəsində də dəyərləndirə bilərik. Orada yazılıb: “…Tərəflərin hər hansı biri ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının təhdid edildiyi və ya təhlükə altında olduğu qənaətinə gəldikdə, bu təhdid və təhlükələrin aradan qaldırılması istiqamətində görülə biləcək tədbirlər barədə təxirəsalınmadan məsləhətləşmələr aparacaqlar.”

Şahin Cəfərli: “Azərbaycan baza prinsiplərindən imtina etməlidir”

Şahin Cəfərliyə görə, bəzi siyasətçilərimizdən və şərhçilərimizdən hələ də eşidirik ki, Türkyə ilə hərbi müttəfiqlik, birgə müdafiə haqqında anlaşma imzalanmalıdır: “Halbuki barəsində danışdığmız müqavilə bu müttəfiqliyin hüquqi bazasını çoxdan yaradıb, məcbur deyil ki, sənədin adında “hərbi müttəfiqlik” sözləri yazılsın. Məsələn, 2-ci maddə çox aydındır: “Tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, Tərəflər BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv özünümüdafiə hüququnun həyata keçirilməsi üçün hərbi imkan və qüdrətlərindən istifadə etmək də daxil olmaqla, mövcud imkanları çərçivəsində bütün zəruri tədbirlərin görülməsi məqsədi ilə bir-birinə qarşılıqlı yardım göstərəcəkləri barədə razılığa gəldilər. Bu yardımın forması və həcmi təxirəsalınmadan Tərəflər arasında razılaşdırılacaq.” Bu sənəd Türkiyənin Azərbaycana hərbi yardımı və onun müdafiəsinin təşkili üçün zəruri tədbirləri görməsinə hüquqi təməl yaradır”.(konkret.az)

Müşviq Tofiqoğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam