Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Müsavatdakı vəziyyət düzəlməyəcək”

 

Azərbaycan Demokrat Partiyası mitinq keçirməyi düzgün hesab eləmir.

"Xeberinfo.com":  Məlumata görə, bunu Modern.az-a partiyanın sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, mitinq və aksiyanı istənilən vaxt keçirmək mümkündür:

“Mitinq hadisəsi sosial proses olduğuna görə bunu hansı fəsildə keçirməyin fərqi yoxdur. Sadəcə olaraq, gündəmlə bağlı proseslərin qəbul edəcəyi vəziyyətdən asılı olaraq mitinqlər keçirilir.

Əgər mitinqlərin keçirilməsi üçün konkret situasiya varsa, bu proses baş verir. Bizim partiya hesab edir ki, Konstitusiyanı nəzər alaraq Azərbaycanda ciddi küçə hərəkətlərini eləmək düzgün deyil. Ona görə də biz hələlik kütləvi aksiyalardan imtina eləmişik. Heç bir mitinqlərə də qoşulmuruq. Belə aksiyalarının nəticələrini də ziyanlı hesab edirik”.

Son vaxtlar Müsavatda baş verən istefalara münasibət bildirən Sərdar Cəlaloğlu deyib ki, istefalar lider dəyişməsi ilə bağlıdır:

“Vaxtilə bizim partiyadan da Rəsul Quliyev və İlyas İsmayılov gedəndən sonra belə qopmalar olmuşdu. Bu cür hadisələr bir çox partiyalarda olub. Bunun baş verməsi təbiidir.

Liderlər gedəndən sonra ona görə partiya gələnlərin bir qismi istefa verir. Müsavatda baş verənlər göstərir ki, partiyada olan bir çox insanlar İsa Qəmbərin şəxsiyyəti ətrafında birləşmişdi. Yeni başqan gələndən sonra isə onu qəbul etmirlər. Bu səbəbdən də istefalar olur. Hesab edirəm ki, partiyadakı vəziyyət düzələn deyil. Partiyada Arif Hacılı və onun ətrafında olan şəxslər qalacaq”.

 

          


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam