Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Bakı Şəhər İcra Hakimiyyəti baş verənlərə göz yumur"


 

"Bakıda baş verən yanğın hadisəsi çox dəhşətlidir. Bütün bina faktiki olaraq külə döndü. Bu, yolverilməz və çox ciddi məsələdir. Əhalini təhlükəyə atmaq, daim təşviş içərisində saxlamaq qətiyyən yolverilməzdir".

"Xeberinfo.com":  Məlumata görə, bunları modern.az-a Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

Onun fikrincə, Azərbaycan hökuməti, Fövqəladə Hallar Nazirliyi, xüsusi xidmət orqanları məsələyə münasibətini bildirməli, mövqeyini ortaya qoymalıdır: "Ümumiyyətlə, binaların tez alışan materiallarla üzlənməsi qadağan edilməlidir. Hansısa biznesmen öz malını satır, Bakı Şəhər İcra Hakimiyyəti də buna icazə verir, baş verənlərə göz yumur".

Deputat deyib ki, binaların belə tez alışan materiallarla üzlənməsi qadağan edilməlidir: "Bakıda ikinci belə hadisə yaşanır. Düşünürəm ki, binaların üzlüklərinin sökülməsi müzakirə olunmalıdır. Çünki o insanlar hər an təhlükə içərisindədirlər.

Rusiyada, Çexiyada binaların üzlənməsi üçün ucuz başa gələn, amma yanmayan materiallardan istifadə edilir. Həmin material hətta 100 dərəcə temperaturda da yanmır. Bizdə istifadə olunan material isə oliqarxın, biznesmenin sexində istehsal olunur. Ucuz başa gəldiyindən də geniş istifadə edilməyə başlayıb. Məsələni başlı-başına buraxmaq olmaz, ciddi məsələdir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam