Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Bakının yarımçıq “göydələnləri” -PROBLEM

 

Yenixeber.org:   Son 10 ildə Bakıda yüzlərlə çoxmərtəbəli bina inşa olunub. Yaraşıqlı, göz oxşayan çoxmərtəbəli binalar paytaxta estetik gözəllik verməklə yanaşı, sakinlərin mənzil probleminin qismən həllində də mühüm rol oynayıb.
Bakıda istifadəyə verilən çoxmərtəbəli evlərlə yanaşı, tikintisi yarımçıq qalmış binalar daaz deyil. Dünya ölkələrinin təcrübəsində bu cür yarımçıq binalar ya hərraca çıxarılır, ya da dövlət tərəfindən satın alınır. Bundan sonra isə o binaların tikintisi başqa şirkətə həvalə edilir. Çünki zaman keçdikcə, yarımçıq tikili aşınmaya məruz qalır.

 

Bəs Bakıda tikintisi yarlmçıq saxlanılmış çoxmərtəbəli binaların tamamlanması üçün hansı addımlar atılmalıdır?


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov  Modern.az-a bildirib ki, Bakı şəhəri çoxlu turist qəbul etdiyi üçün yarımçıq binalar paytaxtın görünüşünə xələl gətirir. Buna görə də, onlarla bağlı siyahıyaalma aparılmalıdır.

 

“Yarımçıq binaların tamamlanması üçün müvafiq addımlar atılmalıdır. Bir vaxtlar kooperativ təşkilatlar Bakıda bəzi binalar tikib, yarımçıq saxlayıblar. Müəyyən özəl təşkilatlar da var ki, onların da inşa etdiyi xeyli sayda bina müaliyyə çatışmazlığı səbəbindən yarımçıq qalıb. Belə binaların tamamlanması üçün Bakı Şəhər İcra Hakimiyyəti müəyyən qərar verməlidir. Yəni ya həmin binalar tikilib istifadəyə verilməlidir, ya da həmin binalara cavabdeh olan özəl təşkilatlar bir qərara gəlməlidir. Bunun çıxış yolu yalnız belədir. Bazar iqtisadiyyatı prinsipləri sahəsində hansı qanunlar varsa, ona uyğun da addım atılmalıdır”.

 

Vahid Əhmədov deyib ki, dövlət sahibkarın binasını məcburi şəkildə əlindən ala və sata bilməz.

 

“Ancaq hansısa bir təklif verə bilər. O cümlədən, Bakı Şəhər İcra Hakimiyyəti də sahibkara təklif verə bilər. Əgər həmin təklif sahibkara sərf etsə və razılığını versə, o zaman dövlət həmin binanı sata ala və ya təmir edib yenidən istifadəyə verə bilər. Bu da hökumətlə, Bakı Şəhər İcra Hakimiyyətilə qurulmuş dialoqdan asılıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam