Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Yanan fasadları ölkəyə kimlər gətirir?

 

Bakıda düzgün seçilməyən bina fasadı ucbatından daha bir yanğın baş verib

"Xeberinfo.com":   “Qafqazinfo” Haqqın.az-a istinadən bildirir ki, fasadların hazırlanması zamanı poliuretan maddəsindən istifadə edilir. 
Bu fasadlarını idxal edən şirkət “Global Construction"-dur. Bəs poliuretan maddəsi nədir? Bu plastmas materialın 97% hissəsi qaz kürəciklərindən ibarətdir. Mərmər üzlük isə yüksək hərarətlə ona birləşdirilir.
Poliuretan maddəsinin yanğın təhlükəsi olduqca yüksəkdir. Yanması zamanı zəhərli qaz ixrac olunur. Yanğın zamanı poliuretanın hərarəti 325-345 dərəcəyə qalxır.
Təəssüflər olsun ki, Bakıda belə binaların sayı çoxdur. Belə yanğınların yenidən baş verməyəcəyinə heç kim təminat vermir.
***
“Bakıda baş verən yanğın hadisəsi çox dəhşətlidir. Bütün bina faktiki olaraq külə döndü. Bu, yolverilməz və çox ciddi məsələdir. Əhalini təhlükəyə atmaq, daim təşviş içərisində saxlamaq qətiyyən yolverilməzdir”. 
Bunu isə Modern.az saytına Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib. Onun fikrincə, Azərbaycan hökuməti, Fövqəladə Hallar Nazirliyi, xüsusi xidmət orqanları məsələyə münasibətini bildirməli, mövqeyini ortaya qoymalıdır:  “Ümumiyyətlə, binaların tez alışan materiallarla üzlənməsi qadağan edilməlidir. Hansısa biznesmen öz malını satır, Bakı Şəhər İcra Hakimiyyəti də buna icazə verir, baş verənlərə göz yumur”.
Deputat deyib ki, binaların belə tez alışan materiallarla üzlənməsi qadağan edilməlidir: “Bakıda ikinci belə hadisə yaşanır. Düşünürəm ki, binaların üzlüklərinin sökülməsi müzakirə olunmalıdır. Çünki o insanlar hər an təhlükə içərisindədirlər. Rusiyada, Çexiyada binaların üzlənməsi üçün ucuz başa gələn, amma yanmayan materiallardan istifadə edilir. Həmin material hətta 100 dərəcə temperaturda da yanmır. Bizdə istifadə olunan material isə oliqarxın, biznesmenin sexində istehsal olunur. Ucuz başa gəldiyindən də geniş istifadə edilməyə başlayıb. Məsələni başlı-başına buraxmaq olmaz, ciddi məsələdir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam