Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Yanma səbəbi başqa olsa üzlüklər sökülməyəcək"

 

“Binalar mühafizə altındadır. Bu hadisənin terror aktı olma ehtimalı da Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır”. 

"Xeberinfo.com":   Anspress-in məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov “Günə Baxan”a müsahibəsində bildirib. O həmçinin qeyd edib ki, köçürülən yerlərdə hər cür şərait olacaq.“Evlər təmir olunacaq, mebellə təmin olunacaq. İnsanlar yaşamaq istədikləri yeri özləri seçəcək. İstəsələr koteclərdə, istəyənlər isə binalarda mənzillərlə təmin olunacaq. Onların övladları istədikləri məktəbə gedəcəklər və onlar məktəbə xüsusi avtobuslarla aparılıb gətiriləcək”, – deyə icra başçısı bildirib.
Hacıbala Abutalıbov binaların üzlənməsi haqqında suala da cavab verib. Onun sözlərinə görə, binaların üzlənməsi haqqında qərar qəbul ediləcək. “Əgər yanğına səbəb məhz həmin material olarsa, bu zaman binaların həmin materialla üzlənməsi dayandırılacaq və onlar söküləcək. Onun əvəzinə yanmayan material, üzlük, ağ daşlardan istifadə ediləcək. Buna da yenə komissiya qərar verəcək. Əgər terror ehtimalı doğru çıxsa, yaxud da yanma səbəbi başqa olsa üzlüklər sökülməyəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam