Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Bu, Azərbaycanda müasir dövlət quruculuğuna verilən yüksək qiymətdir”

 

“Son illər ölkəmizdə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması ilə bağlı bir çox nailiyyətlər əldə edilmişdir. Şəffaf  idarəetmə sahəsində əldə etdiyimiz ən böyük uğur “ASAN xidməti”nin fəaliyyətidir”. 

"Xeberinfo.com":   Məlumata görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.  

O bildirib ki, bu günlərdə məlum olduğu kimi, “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülüb. (United Nations Public Service Award 2015).

“2014-cü ilin oktyabr ayından 2015-ci ilin may ayına qədər davam davam edən mükafat qalibi olmaq uğrunda dünyanın bütün ölkələrindən dövlət xidmətlərinin göstərilməsi sahəsində yüzlərlə təşəbbüs və layihələr qatılıb. Amma “ASAN xidmət” seçim prosesinin bütün mərhələlərindən uğurla keçib və 20-24 aprel 2015-ci il tarixində BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin illik sessiyasında qalib seçilib.

“ASAN xidmət” “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək 1-ci yerə layiq görülüb. 2003-cü ildə təsis edilmiş BMT-nin Dövlət Xidmətləri Mükafatı dövlət xidmətləri sahəsində ən nüfuzlu beynəlxalq mükafat olaraq ölkə Prrezidenti cənab İlham Əliyevin təşəbbüslərinə və müasir idarəetmə texnologiyalarına verilən mükafat kimi qəbul etmək lazımdır. Bu bir daha onu sübut edir ki, ölkə Prezidentinin təşəbbüsləri təkcə ölkə daxilində deyil, eyni zamanda da dünya miqyasında ən yüksək səviyyədə qiymətləndirilir”.

Deputat onu da qeyd edib ki, Cənab Prezident İlham Əliyevin ideya müəllifliyi və birbaşa təşəbbüsü ilə yaradılan “ASAN Xidmət”in dünyanın ən nüfuzlu mükafatını alması Azərbaycanda müasir dövlət quruculuğuna verilən yüksək qiymətdir.   

 

Modern.az  

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam