Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

“Rəisinin Qarabağ təbriki üzümüzə vurulan daha bir şillə idi”-Abovyan

“Rəisinin Qarabağ təbriki üzümüzə vurulan daha bir şillə idi”-   Abovyan
İranın yeni Prezidenti Seyid İbrahim Rəisinin Azərbaycan Prezidenti İlham Əliyevi təbrik etməsi Ermənistanda narahatlığa səbəb olub. Erməni siyasətçilər İran rəhbərlərinin müharibədən sonra ərazi bütövlüyümüzün bərpasından aşkar şəkildə məmnun qalmalarını ifadə etməklərindən gileylənirlər.
Yenixeber.org: Məsələn, "Çiçəklənən Ermənistan" partiyasının nümayəndəsi Arman Abovyan Rəisinin Azərbaycan Prezidentinə ünvanladığı xoş sözlərdən danışıb.

Yerli mediaya açıqlama verən Abovyan Ermənistana yaxınlığı ilə seçilən İranın Qarabağ məsələsində Azərbaycanın yanında olmasından gileylənib.

İran prezidentinin "Azərbaycanın ərazilərini uğurla azad etməsi" cümləsini "hamımızın üzünə vurulan daha bir şillə" kimi dəyərləndirən erməni siyasətçi xalqı iranlıları günahlandırmamağa çağırıb. O qeyd edib ki, İran sadəcə erməni səlahiyyətlilərin xarici cəbhədəki absurd davranışlarının nəticəsindən çıxış edərək belə addım atıb.

"Rəisi Prezident İlham Əliyevi “Azərbaycan ərazilərinin uğurla azad edilməsi” münasibətilə təbrik etdi. Əgər Xarici İşlər Nazirliyinin yanından keçəcəksinizsə, onlara zəng edin və bu barədə deyəcək bir sözlərinin olub olmadığını soruşun”.

Qeyd edək ki, İranın yeni prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevə məktub yazıb. O İlham Əliyevdən təbrik məktubu almaqdan məmnun olduğunu qeyd edərək vurğulayıb ki, iki ölkə arasında əlaqələr xalqlarımızın ortaq mədəniyyət və tarixinə, qardaşlıq bağlarına söykənir. Rəisi, həmçinin İlham Əliyevi Azərbaycanın öz tarixi torpaqlarını uğurla azad etməsi münasibətilə təbrik edib.

İranın yeni dövlət başçısı bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilər üzərində suverenliyinin qaytarılması və ortaq sərhədlərin bərpa olunması ilə regional sülh və təhlükəsizliyi təmin etmək üçün qarşılıqlı səylər vasitəsilə yeni imkanlardan yararlanmaq və əməkdaşlıq səviyyəsini artırmaq yaxşı olardı. İran Prezidenti məktubunun sonunda Prezident İlham Əliyevə can sağlığı və uğur, Azərbaycan xalqına isə əmin-amanlıq arzulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam