Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

"ADINI TARİXƏ QALİB ORDU KİMİ YAZDIRDI!" - Türkiyə modelinin tətbiqi Rusiyanı niyə narahat edir?

 

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 103 il ötür. Ordumuz Xalq Cümhuriyyəti Parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb. 1920-ci ildə bolşevik işğalından sonra Milli Ordu buraxılıb, onun yaradıcıları, zabit korpusu imperiya tərəfindən təqib edilib, öldürülüb, uzunmüddətli həbslərə və sürgünə məhkum edilib.

Yenixeber.org: Sovet imperiyasının süqutu ərəfəsində, Azərbaycanın dövlət müstəqilliyini elan etməsindən 10 gün əvvəl - 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb. Onun strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.

Hazırda Azərbaycan Ordusu həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü ordu hesab olunur. Bəzi xarici hərbi ekspertlər bildirirlər ki, Ordumuz bütün Cənubi Qafqaza hərbi nəzarəti bir sutkadan da az vaxtda ələ ala bilər.

Stokholm Beynəlxalq Sülh İnstitunun hesabatlarına görə, Azərbaycan son illərdə ordunu ən müasir silahlarla, pilotsuz uçuş aparatları, kamikadze zərbə dronları, uzaqvuran müasir artilleriya və hava hücumundan müdafiə vasitələri ilə təmin edib. Bu sahədə Bakı Türkiyə, İsrail, Ukrayna, Pakistan və s. ölkələrlə sıx əməkdaşlıq edir.

Ötən il Azərbaycan Ordusunun parlaq qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi Silahlı Qüvvələrimizin adını qızıl hərflərlə dünya hərb tarixinə yazıb. Ermənistanın 30 ilə yaxın müddətdə qurduğu istehkamlar qısa müddətdə darmadağın edilib, düşmənin minlərlə canlı qüvvəsi, yüzlərlə hərbi texnikası, müdafiə vasitələri sıradan çıxarılıb. Nəticədə torpaqlarımızın böyük əksəriyyəti işğalçı ordunun tapdağından azad edilib.

Bu qalibiyyətli əməliyyat dünyada rezonans doğurub və Qarabağ müharibəsində Ordumuzun taktikası və strategiyası yaxından öyrənilməyə başlanılıb. Bu müharibə həm də yeni nəsil silahları ilə aparılan ilk genişmiqyaslı hərbi əməliyyat kimi tarixə düşüb. Çünki ucuz və effektli pilotsuz döyüş aparatları və zərbə dronları Rusiya hərbi sənayesinin bahalı, ağır texnikasını, hava hücumundan müdafiə sistemlərini asanlıqla darmadağın edib.

Hazırda Prezidentin tapşırığı ilə ordumuz Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə NATO standartlarına uyğun formalaşdırılır. Bu istiqamətdə böyük miqyaslı fəaliyyətlər həyata keçirilir. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bəyan edib ki, Azərbaycanda qardaş Türkiyə ordusunun kiçik modeli yaradılacaq.

 

  

Hərbi ekspert Ədalət Verdiyev müharibədən sonra Silahlı Qüvvələrimizdə mühüm dəyişikliklər olduğunu bildirib:

"Birincisi, Azərbaycan Ordusu əldə etdiyi möhtəşəm qələbə nəticəsində son 100 ildə ilk dəfə qalib ordu kimi adını tarixə yazdırıb.

İkincisi, indiyə qədər Azərbaycan Ordusu və Azərbaycan xalqı bir-birinə indiki qədər bağlı və əlaqəli şəkildə fəaliyyət göstərməmişdi.

Üçüncüsü, müharibə zamanı azad olunan hər kənd, hər qəsəbə ordumuzun mənəvi, psixoloji üstünlüyünü maksimuma çatdırıb. Yəni geri çəkilməkdə olan düşmən daha stresli vəziyyətə düşdüyü halda, hərbçilərimiz daha üstün mənəvi, psixoloji durum əldə edib. Bu çox mühüm amildir".

Hərbi ekspert Rusiyalı mütəxəssislərin Azərbaycan Ordusunda aparılan islahatlarla bağlı şərhlərinə də münasibət bildirib. Xatırladaq ki, rus hərbi ekspertlər Azərbaycanda Türkiyənin yaxından iştirakı ilə kiçik NATO ordusunun yaradılmasından narahatlıqlarını ifadə ediblər.

Ə. Verdiyev bildirir ki, Rusiyalı mütəxəssislərin belə anonslar verməsi təsadüf deyil: "Azərbaycanda Türkiyə ordusunun kiçik modelinin yaradılması ilə bağlı artıq Prezidentin sərəncamı var. Bu istiqamətdə artıq müəyyən fəaliyyətlər də həyata keçirilir. Türkiyə ordusu da NATO-nun ikinci böyük hərbi qüvvəsidir. İnkişaf etmiş ölkələr də NATO modelinə üstünlük verir. Bu da Rusiyanı narahat etməyə bilməz. Çünki biz NATO tipli ordu quruculuğuna başlayırıqsa, bu o deməkdir ki, Azərbaycan Rusiya hərbi sənaye kompleksinin məhsullarına əvvəlki kimi maraq göstərməyəcək. Bu da anlaşılan məsələdir və onları narahat edir".

 

 

Ədalət Verdiyev Ordumuzun inkişafı və daha da güclənməsi üçün aparılmalı olan islahatlarla bağlı təkliflərini də səsləndirib: "Türkiyə ordusunda olan mövcud standartları Azərbaycan Ordusunda tətbiq etmək lazımdır. Məsələn, zabit karyerasının, təyinatların tətbiqi vacibdir. Yəni, kimin harada xidmət edəcəyi ilə bağlı proqnozlaşdırılan karyeradan söhbət gedir. Hər bir zabitin özündən yaşca kiçiyin tabeliyində olmaması, zabitlərin təminatının NATO standartlarına uyğunlaşdırılması, ordunun şəxsi heyətinin sayının ehtiyacımıza qədər azaldılması, peşəkar ordu modelinə daha sürətli keçid edilməsi də çox vacibdir.

Başqa tərəfdən, biz bəzi hərbi təyinatlı müəssisələrdə mülki şəxslərin çalışmasına imkan yaratmaqla, yalnız hərbi vəzifələri yerinə yetirən heyəti hərbi qulluqçular kateqoriyasında saxlamalıyıq. Dolayısı ilə hospitallar, xəstəxanalar, Ordu İdman Klubu, sanatoriya, və s. yerlərdə mümkün qədər hərbçilərin sayını azaltmaılıyıq. Mülki şəxslərin xidmət edə biləcəyi vəzifələrdə hərbi qulluqçuların saxlanılması məqsədəuyğun deyil. Bu vəzifələri mümkün qədər mülki şəxslərlə əvəz etməliyik".(azpolitika)

E. Rüstəmli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam